Yuxarı

Şamaxıda yol terroru: ölən və yaralananlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə martın 11-də, gecə saat 23:00 radələrində magistral yolun 127-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. İsmayıllı sakini 1968-ci il təvəllüdlü Qasımov Yavər Sərdar oğlunun idarə etdiyi 90-DR-480 dövlət nömrə nişanlı "Opel Vectra" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Yavər Qasımov, eləcə də sərnişinlər, İsmayıllı rayon sakinləri-1956-cı il təvəllüdlü Rəsulova Nazilə Məcid qızı və 1983-cü il təvəllüdlü Rəsulov Qədir Nürəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İsmayıllı sakini olan digər sərnişin, 1971-ci il təvəllüdlü Ömərli Səbahəddin Şakir oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2014.03.12 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla