Yuxarı

Ayfon istifadəçilərinə şad xəbər – “İOS 7.1”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aple" şirkəti martın 10-da bazasında "iPhone" smartfonlarının, "iPad" planşet kompüterlərinin və "iPod touch" pleyerlərinin işlədiyi "iOS 7" əməliyyat sistemi üçün "iOS 7.1" yenilənməsini istifadəyə verib.

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron səhifəsinə istinadən bildirir ki, əməliyyat sisteminə şirkətin bir həftə əvvəl təqdim etdiyi "CarPlay" avtomobil interfeysinin dəstəklənməsi əlavə olunub. İstifadəçinin "Təqvim"ə daxil etdiyi hadisələr indi "Ay" ekranında əks etdirilir. "Siri" (səsli funksiya) əlavəsində "Push-to-talk" funksiyası yer alıb. Bu funksiya işə salındıqda "Siri" "Əsas ekrana qayıt" düyməsi basılı olan halda istifadəçiyə reaksiya verir.

"iOS 7.1"-dəki bir sıra yeniliklər "iPhone 5s" smartfonuna aiddir. Belə ki, "Kamera" proqramı fotonu genişləndirilmiş dinamik diapazonla (HDR) çəkmək funksiyasını avtomatik işə salır, barmaq izlərinin tanınması isə daha dəqiqliklə yerinə yetirilir.

Bundan başqa, "Apple" qurğu ekranlarının işində ara-sıra fasilələr yaradan çatışmazlığı aradan qaldırıb. Şirkət həmçinin bəyan edib ki, "iOS 7.1" quraşdırıldıqdan sonra "iPhone 4" smartfonları daha sürətli işləyəcək.

Qeyd edək ki, yenilənmə pulsuzdur.

Tarix
2014.03.12 / 01:51
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla