Yuxarı

“Domsoveti” bir bombayla partlatmaq olarmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlarımız hansı kitabları oxumalıdır? Ümumiyyətlə, Azərbaycanda uşaq ədəbiyyatının durumu necədir? Uşaqlar üçün yeni əsərlər yazılırmı?

Bu mövzu ilə bağlı "Axar.az" olaraq bir çox tanınmışımıza müraciət etdik: "Son vaxtlar uşaqlarınıza hansı kitabları almısınız, uşaqlar nəyi oxumalıdır?"

Hökmən və hökmən xalq nağılları

Şair Əhməd Qəşəmoğlunun fikrincə, uşaqlara sterss, bədbinlik yarada bilən əsərlərin oxunmasına izn verilməməlidir.

"İnancima görə, uşaqlarımız uşaq vaxtı hökmən və hökmən xalq nağıllarını, folkloru daha çox oxumalıdır. Amma bununla yanaşı Qərbin də işıqlı, harmoniyaya, ahəngə xidmət edən, intellektin inkisaf etdirən, qəhrəmanlıq aşılayan məşhur əsərlərini də oxumalıdırlar. Məsələn, Ekzüperinin "Kiçik şahzadə", Kiplinqin "Mauqli", Luis Kerolun "Alisa möcüzələr ölkəsində", "Robin Qud" kimi əsərləri oxumaq uşaqların dünyagörüşünə yaxşı təsir edər".

Uşaq kitabları ilə maraqlanmıram

Şair Əli Şirin Şükürlüsə uşaq kitabları ilə çox maraqlanmadığını etiraf etdi.

"Doğrusu, son vaxtlar uşaq kitabları ilə çox maraqlanmıram. Amma bir neçə il əvvəl iki kitab tərcümə etmişəm. Qarin Mixaylovskinin və Çukovskinin əsərlərini... Maraqlı əsərlərdi məncə, oxumağa dəyər. Bir də Herbert Uelsin elmi-fantastik əsərləri maraqlıdı. Onun da əsərlərini tərcümə etmişəm. Amma hələ nəşr olunmayıb".

"Domsoveti" bir bombayla partlatmaq olarmı?

Rəssam Nəvai Mətinsə məsələyə elə rəssam kimi yanaşdı: "Hər zamanın bir gözəlliyi olduğu kimi, kitabları da müxtəlifdi. Bizim uşaqlıq və gənclik dönəmimizdə həm tələbat, həm zaman başqa olduğundan bəlkə də bizim oxuduqlarımız bu gün aktual görünməsin. O baxımdan uşaqlar üçün bizim dediyimiz, məsləhət gördüyümüz kitablar maraqsız ola bilər. Məsələn, bizim gənclik vaxtımız etiraf edək ki, hind filmlərinin təsiri altında keçib. Yəni biz kinodan çıxanda fikirləşirdik ki, kimə yardım edək. Amma bu gün döyüş filmini seyr edən bir gənc fikirləşir ki, məsələn, "Domsoveti" bir bombalya partlatmaq olarmı? Çox təəssüflər olsun ki, bu da kapitalizmin gətirdiyi pisliklərdən biridi. Bu gün oxunan kitablar ancaq kriminal aləmi vəsf eləyən kitablardı".

Şəkilləri çox olan kitablar

Jurnalist Nurəddin Heydərov uşaqların şəkilli kitablar sevdiyinə inanır.

"Dunya xaqlarının nagıllarını oxumaqla başlamaq daha yaxşıdır. Mən belə başladım. Uşaq hələ oxumaq yaşına çatmayıb, ona görə ancaq şəkilləri çox olan kitablar alıram".

Yazıçı Zəka Vilayətoğlu sorğumuza cavab olaraq bildirdi ki, şifahi xalq ədəbiyyatı seriyasından olan kitabları alıb.

Şair Məlahət Yusifqızı isə övladına son olaraq "Teymurləngin vəsiyyətnamələri"ni aldığını söylədi.

Tarix
2014.03.11 / 23:57
Müəllif
Aytəkin Səfərli
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla