Yuxarı

Ermənistan müstəqilliyini itirə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyada mürəkkəb geosiyasi proseslər gedir. Dünyanın xəritəsi yenidən çəkilə bilər. Bu geosiyasi proseslər Ermənistana da təsir edəcək".

Bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Aleksandr Arzumanyan deyib. O bildirib ki, Ermənistan regionda Rusiya hərbi bazalarının yerləşdiyi yeganə ölkədir və yalnız Ermənistan Kollektiv Təhküləsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Onun sözlərinə görə, qeyd edilən iki faktor Ermənistanın suverenliyini, müstəqilliyini təhlükə altına atır.

"Ona görə də Ermənistan KTMT-yə üzv olması ilə bağlı şərtlərə yenidən baxmalıdır. Bundan başqa Rusiya hərbi bazalarının ölkədə yerləşdirilməsi məsələsi yenidən gündəmə gətirilməlidir. Əks halda Ermənistan müstəqilliyini tamamilə itirə bilər", deyə Aleksandr Arzumanyan bildirib.

Deputatın fikrincə, rəsmi İrəvan Ermənistan – NATO münasibətlərini dərinləşdirməlidir: "Yalnız bundan sonra Ermənistan regionda və beynəlxalq arenada tam müstəqil dövlət kimi tanına bilər". (ANS)

Tarix
2014.03.11 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla