Yuxarı

Mətbuat Şurası 2 qəzeti "qara siyahı"ya saldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası keçirilib.

Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. O bildirib ki, gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. Onlardan biri şikayətlər üzrə komissiyanın təqdimatına əsaslanıb.

Müzakirələrdən sonra "Kölgəli iqtisadiyyat və korrupsiya", "İqtisadiyyat və kölgə" qəzetlərinin MŞ-nin "qara siyahı"sına salınmasına dair rəy çıxarılıb.

Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub.

Eyni zamanda, MŞ-nin Şikayətlər üzrə komissiyasının sonuncu iclasında "İqtisadiyyat və kölgə" qəzetindən şikayətlərin nəzərdən keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə çatdırılıb.

İclasda, həmçinin MŞ-nin "qara siyahı"sında yer almış bəzi KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb. Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib, müraciət müəllifləri dinlənilib. (ANS)

Tarix
2014.03.11 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla