Yuxarı

Salyanda qətl hadisəsinin təfərrüatları barədə rəsmi məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Salyanda qətl hadisəsinin təfərrüatları barədə məlumat yayıblar.

2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub.

İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi A.Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Ş.Niftiyev cari ilin fevral ayında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində A.Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib.

Daha sonra R.Rəhimov, T.Qafarov və T.Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini A.Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində olan bıçaqlarla A.Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. Onlar bu barədə Ş.Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alaraq bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər.

İstintaq hərəkətləri çərçivəsində avtomobilə keçirilmiş baxış zamanı onun salonunda çoxsaylı qan ləkələri, arxa saxlanc yerində iki ədəd maska formasında düzəldilmiş idman papağı, habelə hadisə yerinin yaxınlığında üzərində qan ləkələri olan 3 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayətkar dəstənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətməsi də müəyyən edilib.

Məlum olmuşdur ki, Bakı şəhəri Ramana qəsəbəsinin sakini Çingiz Məmmədovun evində 20.000 manat pul olması barədə məlumat alan R.Rəhimov tanışları Tural Əsgərov, Kənan Alıyev, T.Seyidov, T.Qafarov və Rauf Mahmudov ilə birgə həmin evə basqın etməyi planlaşdırıb. Mart ayının 4-də onlar, eləcə də adları hələlik istintaqa məlum olmayan digər şəxslər "Mitsubishi Pajero" markalı avtomobillə Ç.Məmmədovun evinə gəlib üzlərinə qara maska keçirərək mənzilə basqın etmiş, ev sahibinin həyat yoldaşı Elmira Məmmədovaya və qızı Xədicəyə həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçirmişlər.

Hazırda hər iki cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Təqdim edilən fotolardakı şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur.

Anonimlik təmin ediləcək. (Trend)

Tarix
2014.03.11 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla