Yuxarı

Nazir Londona gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 13-də London şəhərində "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən "Axar.az"a verilən məlumata görə, tədbirdə Azərbaycan haqqında film nümayiş etdiriləcək və Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və növbəti - III Dünya Forumunun prioritetləri təqdim ediləcək.

Mərasimdə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniyanın parlament üzvləri nüfuzlu siyasətçiləri və elm xadimləri iştirak edəcəklər.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə keçiriləcək. Nazir tədbirdə Azərbaycan dövləti adından çıxış edəcək. Tədbirin təşkilati məsələlərinin həll edilməsi məqsədilə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə və Turizm şöbəsinin əməkdaşı Günel Aslanova Londona ezam olunublar.

Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdi. Konfransda Azərbaycan Prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi"nin əsası qoyulmuş və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilmişdi.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilmişdi. İclasda "Bakı prosesi - Sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edilmişdi. Bu proses çərçivəsində 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə Konfransı keçirilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ilin 27 may tarixində imzaladığı sərəncamla forum hər iki ildə bir dəfə Bakıda keçirilir və Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilib. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.

Tarix
2014.03.11 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla