Yuxarı

Türkiyə təriqətləri – onlar kimə səs verəcəklər? – Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 mart seçkilərində hansı təriqət hansı partiyaya səs verəcək?

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyədə təriqətlərin həm siyasi, həm də ictimai həyatında ciddi rolu var. Məsələ ondadır ki, camaatlar (təriqətlər) siyasətdə həmişə öz sözləri ilə ciddi mövqeyə sahib olublar. Hər halda bu sualın cavabını təriqətlərin zaman-zaman siyasətdə hansı mövqe ortaya qoyduqlarını, tarixən və indi hansı partiya ilə yaxın olduqlarını araşdıraraq tapmaq olar.

Çərşənbə camaatı

Fateh Çərşənbə adlı şəxsin ətrafında birləşən və sarıq, cübbə kimi libasları ilə diqqət cəlb edən bir qrupdur. Şeyx vəzifəsində Mahmud Ustaosmanoğlu oturur. AKP ilə yaxın olduqları ilə tanınırlar. Keçmişdə isə daha çox Nəcməddin Ərbakana (Səadət Partiyası) səs veriblər. Yeni nəslin məşhur siması Cübbəli Əhməd Xocanın da üzv olduğu İsmayılağa qrupu (İsmayılağa camaatının mərkəzi olan İsmayılağa məscidi Çərşənbə məhəlləsində yerləşir- red.) AKP və Səadət Partiyası (SP) tərəfindədirlər.

Nurçular

İlham qaynağı olaraq Səid Nursini "ustad" olaraq qəbul edirlər. Əsəri "Risaley-i Nur" kitabını oxuyurlar. "Yeni Asiya", "Yeni Nəsil", "Oxucular", "Yazıçılar", "Qırxıncı Xoca" kimi qruplarla xatırlanırlar. Səid Nursinin yaşayan tələbələri Məhmət Qırxıncı, Məhmət Fırıncı, Səid Özdəmir "abi" olaraq tanınırlar. Ərbakanla deyil, Məndərəslə başlayan "Demokrat" ənənəsinə sadiq qalırlar. Çoxları 28 fevral çevrilişinə qədər Süleyman Dəmirəli dəstəkləyib. Nurçu qruplardan olanlar 2002-ci ildən sonra Demokrat partiyası ilə əlaqələrini saxlasalar da, axırı vaxtlar çoxlarının səsi AKP-yə gedir. Qarşıdakı seçkilərdə də bu cür olacağı gözlənilir.

Mənzil camaatı

Adı Adıyaman şəhərinin Mənzil kəndindən götürülüb. Türkiyənin ən yayğın qruplarındandır. "Səmərqənd və Bilvanis" qrupları olaraq da tanınırlar. TÜMSİAD (Sənayeçilər və biznesmenlər dərnəyi) adlı axırı vaxtlar güclənən biznesmenlər dərnəyi var. AKP içində çox güclü təmsil olunurlar. "Mənzilçilər" içərisində BBP və MHP-yə yaxın olanlar olsa da, kütləvi olaraq AKP-yə dəstək verirlər.

Süleymançılar

Tələbə yataqxanaları, Quran kursları vasitələri ilə Türkiyənin və dünyanın müxtəlif yerlərində yerləşiblər. Qurucusu Süleyman Hilmi Tunaxanın adına görə "süleymançılar" olaraq adlandırırlar. Tunaxanın kürəkəni Kamal Qacarın ölümündən sonra nəvəsi Əhməd və Məhmət Dənizolqun arasında problem yaranıb. Lider olaraq görülən Arif Əhməd Dənizolqun, Məsud Yılmazın hakimiyyəti dövründən qısa müddətlik Nəqliyyat naziri olub. AKP ilə yola getmədilər. ANAP və MHP-yə dəstək verdi. O biri qardaş Məhmət Dənizolqun isə iki dəfə AKP-dən millət vəkili olub. Kütləvi olaraq səsləri MHP və AKP-nindir.

Ərənkənd Camaatı

Ərbilli Məhmət Əsəd Əfəndinin Ərənkənddə aldığı malikanə ilə təməlləri atılıb. Nəqşibəndi ənənələrini yaşadırlar. Əsədin xəlifəsi Mahmud Sami Ramazanoğlu tərəfindən camaat formasına salındığı deyilə bilər. Ərənkənd qrupunun hazırki lideri Osman Nuri Topbaş Xocadır. Ankarada Muradiyə Vəqfi olaraq tanınır. AKP ilə "sıfır problem" əlaqəsini saxlayan qruplar içərisində Ərənkənd camaatı birincidir.

İskəndərpaşa camaatı

Mərhum Ərbakan və Özalın da simpatiya bəslədiyi bir camaatdır. AKP-nin qabaqcıl funksonerləri bu camaatdan gəlib. 28 fevral çevrilişindən sonra Avstraliyaya gedən liderləri professor, doktor Əsəd Coşan 2001-ci ilə avtomobil qəzasında vəfat edib. Yerinə oğlu Nurəddin Coşan gəldi. Son seçkilərdə MHP-yə səs verin çağırışı etsə də, kütlənin böyük hissəsinin AKP-yə səs verdiyi deyilir. Sonradan İskəndərpaşa qrupu AKP-yə daha da yaxınlaşıb.

Fətullah Gülənçilər

Nurçuluq məktəbindən gəlsələr də, daha sonra Fətullah Gülən bir növ müstəqil hərəkat yaradaraq Nur məktəbindən ayrılıblar. Siyasi şəraitə son dərəcə diqqətlə yanaşan bu qrup hər dövr fərqli bir partiyanı dəstəkləyib. Son vaxtlar AKP-ni dəstəkləyən gülənçilər 17 dekabrdan sonra yollarını ayırıblar. "Təki AKP olmasın, kim olur-olsun" fikrindədirlər.

Xəlvətiyyə Şabaniyyə

Xəlvəti təriqəti içərisində ən aktiv qruplardandırlar. Şeyxləri Məhmət Dumludur. AKP ilə yaxındırlar.

Qalibilər

Qədiri-Rufai təriqət ənənələrinə bağlı olanlardır. Bir vaxtlar "şiş çəkmə" ritualları ilə məşhurlaşıblar. Şeyxləri Hacı Qalib Həsən Quşçuoğluna görə "Qalibilər" olaraq adlandırırlar. Ankarada satıcılar arasında təşkilatlanırlar. AKP ilə yaxındırlar.

İşıqçılar

Bu hərəkat adlarını Hüseyn Hilmi işıqdan götürüblər. "Türkiyə" qəzeti və "İxlas" Holdinqin sahibi Ənvər Örən qrupun lideri idi. Turqut Özaldan sonra AKP və Baş nazir Ərdoğana tam dəstək verdilər. Bu dəstək qarşıdakı seçkilərdə də davam edəcək.

Qədiri Məhəmmədiyə

Qədiri təriqəti fərqli qollara ayrılmış vəziyyətdədir. İstanbul və Ankarada kütləvi şəkildə yaşayan "Məhəmmədiyə" qrupunun lideri seyid Məhəmməd Ustaoğludur. AKP-yə səs verirlər.

Tillo və Norşin Şeyxləri

Mədrəsə ənənənəsinin iki güclü qolu olaraq tanınırlar. Tillo şeyxlərinin seçimi Ərdoğan və AKP-dən yanadır. Norşin qrupu isə bir vaxtlar Numan Qurtulmuşun Xas partiyasının tərəfdarı idilər. Qarşıdakı seçkilərdə AKP-yə səs verəcəklər.

Nəqşibəndi Yəhyalı camaatı

Mərkəzləri Kayserinin Yəhyalı vilayətinin yerləşir. Adlarını Yəhyalı Hacı Həsən Əfəndidən alıblar. Kayserinin xaricində də təşkilatlanan qrup AKP-yə səs verir.

Adnan Xoca qrupu

Özünə məxsus bir hərəkatdır. Bir vaxtlar Ərbakanla yaxın münasibəti olan Adnan Xoca son vaxtlar "Tayyib Xocam" dediyi Baş nazir Ərdoğan və AKP-ni bəyəndiyini bildirir.

Tarix
2014.03.11 / 17:39
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla