Yuxarı

Ukrayna Qərbə müraciət etdi – “Bizi qoruyun!”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası "Ali Radanın Ukraynanın təhlükəsizliyinin qarantı olan ölkələrə müraciəti" haqqında Qanunu qəbul edib.

"Axar.az" xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı 263 deputat qanunun lehinə səs verib.

Müraciətdə bildirilib ki, Budapeşt memorandumuna əsasən Ukraynanın təhlükəsizliyinin qarantı olan Böyük Britaniya və ABŞ öz öhdəliklərini yerinə yetirməlidirlər.

Bundan başqa deputatlar Rusiyadan öz qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və dövlətin ərazi bütövlüyünə qarşı təcavüzdən əl çəkməyi tələb ediblər.

Qeyd edək ki, Budapeşt memorandumu 1994-cü ilin dekabrın 5-də Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya tərəfindən Ukraynanın nüvəsiz statusu ilə bağlı imzalanıb. Razılaşmada Ukraynanın suverenliyi və ərazi bütövlüyünü təminat verən maddələr də yer alıb.

Tarix
2014.03.11 / 15:33
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla