Yuxarı

XİN: “Əlhəmdülillah, hələ ki, hərbi gərginlik olmayıb”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Krımdakı gərginliyin azalması üçün bütün diplomatik imkanlardan istifadə etdiklərini söyləyib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Davudoğlu Karib Birliyi (CARİCOM) Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısından sonra Krımdakı durumla bağlı Türk mətbuat nümayəndələrinə açıqlama verib.

Davudoğlu Krım və Ukraynadakı vəziyyətlə bağlı verilən suala cavab olaraq minlərlə kilometr uzaqda olmalarına baxmayaraq, Krımda baş verənləri yaxından izləməyə davam etdiklərini deyib.

Mövzuyla əlaqədar olaraq Krım Tatar Milli Məclis spikeri və millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu və digər səlahiyyətli nümayəndələrlə telefonla danışaraq fikir mübadiləsi apardığını dilə gətirən Davudoğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (AGİT) problemə cəlb etməyə çalışdıqlarını qeyd edib.

Ölkədəki gərginliyin azaldılması və Krımdakı referendumun təxirə salınmasının əhəmiyyətli olduğunu vurğulayan Davudoğlu belə davam edib: "İndiyə qədər heç bir nəticə olmadı, ancaq əlimizdən gələn bütün diplomatik imkanları istifadə edərək bu gərginliyin azaldılması və Krım probleminin beynəlxalq hüquqa uyğun şəkildə, ölkələrin torpaq bütünlüyü qanunu çərçivəsində həll olunması üçün səy göstərməkdəyik. Xüsusilə Krımda Tatar qardaşlarımızın, soydaşlarımızın zərər görməməsi üçün əlimizdəki bütün imkanlardan istifadə edirik. Əlhəmdülillah, bu vaxta qədər də bütün gərginliyə baxmayaraq, hələ ki, hər hansı hərbi gərginlik olmayıb".

Tarix
2014.03.11 / 14:44
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla