Yuxarı

Bəşir Səfəroğlu 90 yaşına girdi - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli aktyor Bəşir Səfəroğlunun doğum günüdür.

"Axar.az" xəbər verir ki, bu gün Azərbaycanın görkəmli aktyorun doğum günüdür.

Səfəroğlu (Səfərov) Bəşir Səfər oğlu 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb. On dörd yaşından şoferlər klubunun dram dərnəyinə gedib.

1941-ci ilin axırlarında faşistlərlə müharibəyə yollanan Bəşir 1942-ci ildə cəbhədən kontuziyalı qayıdıb. Dili tutulub və qulaqları çox ağır eşidib. Bir müddət fəhlə, yük maşını sürücüsü işləyib. Bir müddət sonra onu aktyor truppasına qəbul ediblər. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.

Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları Möhsün ("Beş manatlıq gəlin"), Qaradavoy və Çiko ("Keto və Kote"), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad ("Məşədi İbad"), ("Durna"), Qədir və Gülümsərov ("Ulduz"), Səlyanski və Qəhrəman ("Gözün aydın") və onlarla başqa obrazdır.

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib. Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib.Sənət uğurlarına görə B. Səfəroğluna Əməkdar artist və 1968-ci ildə Xalq artisti fəxri adları verilib.

İstedadlı sənətkar 1969-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Tarix
2014.03.11 / 13:10
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla