Yuxarı

Metropoliten rəisi fövqəladə toplantı keçirir- Video/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

***

12:42​

Bakı Metropolitenin qarşısında keçirilən aksiya zamanı 3 nəfər saxlanılıb.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, saxlanılanlardan birinin adı məlum olub. Bəxtiyar adlı şəxs Yasamal Rayon Polis İdarəsinə aparılıb.

Məlumata görə, Bakı Metropoliteninin yeni rəisi Zaur Həsənovun köməkçisi etirazçılarla görüşərək, onlara mallarını satmaq üçün 1 həftə vaxt verildiyini deyib. O, bildirib ki, yalnız 1 həftədən sonra ticarət obyektlərinin sökülüb-sökülməməsinə qərar veriləcək.

Xatırladaq ki, bu gün metro keçidlərindəki ticarət obyektlərinin sahibləri "Elmlər Akademiyası" stansiyasına hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər.

Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır.

Hadisə ilə bağlı yeni məlumatları təqdim edəcəyik.

***

13:30

Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov toplantı keçirir.

"Axar.az" "AzNews.az"a istinadən xəbər verir ki, bu barədə məlumatı Metropolitendən bildirilib.

Vurğulanıb ki, hazırda Metropolitenin bütün idarə heyətində təmsil olunan rəhbər şəxslər toplantıda iştirak edir. İclasın təfərrüatları haqda məlumat verilməsə də ticarət obyektlərinin sökülməsi məsələsinin müzakirə olunduğu deyilir.

Tarix
2014.03.11 / 13:36
Müəllif
Ülkər Cəfərova, İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla