Yuxarı

Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında cənazəni qarşılamağa gələnlər arasında Nərminin ailə üzvləri, dostları və onun yardım kampaniyasında yaxından iştirak edən şəxslər var idi.

Türkiyədən Azərbaycana gələn və səhər saat 7-də Bakıya enən təyyarə ilə gətirilən cənazəni Nərminin ailə üzvləri və dostları gözyaşı içində qarşılayıblar.

H.Əliyev adına Hava Limanında təxminən yarım saat çəkən sənədləşmədən sonra Nərminin cənazəsi ailə üzvlərinə təhvil verildi.

Qeyd edək ki, yaxınları ona Bakıda səhv diaqnoz qoyulduğunu və yanlış müalicə nəticəsində əməliyyat olunduğunu və beləcə, xəstəliyinin xərçəngə çevrildiyini iddia edirlər.

Nərminin xaricdə müalicəsi üçün 150 min avro lazım idi. Qısa zamanda Nərmin üçün yardım kampaniyası başlanıldı. Kampaniyaya xeyli insan və təşkilat qoşuldu. Hətta məşhurların yardım aksiyasına cəlb olunması bütün diqqəti Nərminə yönəltdi.

Hər kəsdə fevralın 26-da müalicə üçün Türkiyəyə yola salınan Nərminin sağlığa qovuşaraq vətənə qayıdacağı ümidi var idi. Amma olmadı... Martın 10-da Nərminin ölüm xəbəri gəldi.

Tarix
2014.03.11 / 09:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla