Yuxarı

Bizimkilər Stanislavskidən hələ də əl çəkmirlər: Teatr - 141

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Teatr Günüdür. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşaya qoyulması ilə Azərbaycanda teatrın əsası qoyulub.

Artıq Azərbaycanda teatrın yaranmasından 141 il keçir. 141 illik yol qət edərək bu günə gəlib çıxan teatrımızın indiki vəziyyəti nə yerdədir? Teatrımızın bu günkü vəziyyəti incəsənət adamlarını, aktyorları qane edirmi? Bu suallarla incəsənət adamlarına müraciət etdik.

"YOX"

Hal-hazırda heç bir teatrda fəaliyyət göstərməyən əməkdar artist İlqar Cahangir birmənalı olaraq "YOX" dedi: "Yox, məni qane etmir. Azad və sərbəst yaradıcılıq yoxdur".

Özәl sektora diqqәt ayırmaq lazımdı

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan bildirdi ki, onun fikrincə dövlәt teatrlarının işlәmәsi üçün özәl sektora diqqәt ayırmaq lazımdır: "Teatrın binalarına qarşı dövlәt qayğısı teatrlarımızın potensial güclәrinin zәifliyini ortaya qoydu. Bәlkә dә sabah mәnim dә tәmtәraqlı binamın mövcudluğu mәni bu vәziyyәtdә qoya bilәr. Mәncә, dövlәt teatrlarının işlәmәsi üçün özәl sektora (bu sahәdә) diqqәt ayırmaq lazımdı ki, sağlam rәqabәt olsun. Özәl sektora diqqәtin ayrılması isә birinci növbәdә bu teatrlara qismәn dә olsa maliyyә yardımı etmәkdәn vә bu cür teatrları vergilәrdәn azad etmәkdәn (tәbii ki, müәyyәn şәrtlәr çәrçivәsindә) ibarәt olmalıdır".

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov teatrımızın bu günkü vəziyyətinin onu əlli əlliyə qane etdiyini dedi: "Repertuarda zəif tamaşalar var. Arada məcbur qalıb bəyənmədiyimiz rolu da oynayırıq. Tamaşaçılar da bəzən teatra lazımı diqqəti göstərmir".

Bizimkilər hələ də Stanislavskidən əl çəkmirlər

Əvvəllər "YUĞ" teatrında çalışıb hal-hazrda heç bir teatrda fəaliyyət göstərməyən aktyor Kamran M. Yunis bildirdi ki, baxır hansı prizmadan baxırsan: "Baxır hansı prizmadan baxırsan. Həm hə, həm yox. Dünyanın yeni düşüncəyə hakim olduğu məqamda bizim teatrlar hələ də çox geridədirlər. Dünya teatr və kinosu Mixail Çevovun sisteminə əsaslandığı məqamda bizimkilər hələ də Stanislavskidən əl çəkmirlər. İkincisi də, teatrlarda maaşların qəpik-quruş olduğuna baxmayaraq, sənətçilərimiz hələ də fədakarcasına çalışırlar. Bu da təqdirəlayiqdir. Amma bu hakimiyyətə teatr, sənət lazım deyil ki, bu da gözlə görülür".

Yaradıcı adamın əmək haqqı o qədər az olmamalıdır

"Pantomim" teatrının direktoru Elman Rəfiyev bildirdi ki, teatrımızın bu günkü vəziyyəti onu qane edir: "Bu gün məni qane edir. Son vaxtlar teatrlarda canlanma var. Xaricdən rejissorlar dəvət olunur, yeni tamaşalar hazırlanır. Teatrlarda gənc rejissorlara da yüksək şərait yaradılır".

GTT-nın gözəl aktrisası Şəbnəm Hüseynova bildirdi ki, tamamilə qane etmir deyə bilmərəm: "Vəziyyət qənaətbəxş olmasa da müsbət hadisələr var. Tamamilə qane etmir, deyə bilmərəm. Məsələn, maaş məsələsi qane etmir. Yaradıcı adamın əmək haqqı o qədər az olmamalıdır".

Tarix
2014.03.10 / 22:58
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla