Yuxarı

Türkiyənin əfsanəvi Ergenekonçuları azadlıqda - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polkovnik Levent Göktaş , Tücay Özkan və Sedat Peker məhkəmə hökmü ilə sərbəst buraxılıb.

Martın 10-da Ergenekon istintaqı üzrə həbs edilən daha 3 məhbus – qəzetçi Tuncay Özkan, ehtiyatda olan polkovnik Levent Göktaş və Sedat Peker həbsdən azad edilib. Qeyd edək ki, Tuncay Özkan 5, Sedat Peker 10, Levent Göktaş 23 il 7 ay azadlıqdan məhrumetmə cəzası almışdı.

Məhkəmə Özkan və Göktaş haqqında həbs-qətimkan tədbirini dəyişdirilsə də, onların ölkədən çıxmasına yasaq qoyub. Bu qərar Pekərə şamil edilməyib.

Xəbəri ilk olaraq Tuncay Özkanın qızı Nazlıcan Öz Tvitter hesabından paylaşıb: "Qovuşuruq... 1994 gündən sonra...".

Onu da vurğulayaq ki, azadlığa qovuşan qəzetçi Tuncay Özkan "Yeni Müsavat" qəzetinin dostlarındandır. Onun sahibi olduğu "Kanal Türk" televiziyası Azərbaycana, "Yeni Müsavat"ın problemlərinə hər zaman yer ayırardı. Polkovnik Levent Göktaş isə bir neçə il Türkiyə Silahlı qüvvələrinin Azərbaycan ordusunda təmsilçisi olub. Vətənə xidmətlərinə görə Türkiyənin 3 qızıl ulduz alan yeganə hərbçisidir. PKK-ya qarşı savaşda xüsusi ilə fərqlənib. Bu hörgütün lideri A. Öcalanın Keniyadan tutularaq Türkiyəyə gətirən qrupa rəhbərlik etməsi barədə iddialar var. Azərbaycanda olarkən "Yeni Müsavat" qəzetinin baş redaktoru ilə bir neçə dəfə görüşüb. Sonradan Rauf Arifoğlu bu görüşlər barədə silsilə yazılar yazaraq, yayınlayıb. Həmin yazılarla bu link vasitəsi ilə tanış ola bilərsiniz.

Sedat Peker barədə isə Türkiyə mediası ünlü mafiya babası kimi bəhs edir. ("Musavat.com")

video
Tarix
2014.03.10 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla