Yuxarı

ABŞ və Böyük Britaniya Ukraynaya xəyanət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABS və Böyük Britaniya Ukraynaya xəyanət etdi. Ölkələrinin ləyaqətini alçaltmış hər iki ölkənin dövlət adamı adına utanc olan başqanları Putinin qarşısında nə edəcəyini bilməyən çarəsiz uşaqlara bənzəyirlər. Anoloji vəziyyətdə Ukraynanın yeni oyuncaq rəhbərləri də görsənir. Onlar Obama və Kamerundan öhdəliklərini yerinə yetirməyi belə tələb edə bilmirlər, o ki qalsın, xalqı müdafiə üçün səfərbər etmək".

Bu sözləri "Axar.az"a açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, inqlabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirib: "Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır. Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və Avropa Birliyindən tələb etməlidir ki, nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər".

Q.Həsənquliyevin sözlərinə görə, Kırımın işğalı dünyada təhlükəsizliyə mənfi təsir edəcək, nüvə silahlarının yayılmasını sürətləndirəcək:

"Bu hadisə beynəlxalq öhdəliklərin və hüququn boş şey oldugu bir daha təsdiqini tapdı. Bundan sonra İrandan heç kim tələb edə bilməz ki, nüvə silahı yaratma. Belə tələbdə bulunmaq üçün isə son dərəcə utanmaz olmaq lazımdır. Qardaş Türkiyə də bu barədə təcili qərarlar qəbul etməlidir".

Tarix
2014.03.10 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla