Yuxarı

Nəsibə Zeynalovanın vəfatından 10 il ötür

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sənətsevərləri arasında "Qaynana" kimi sevilən, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalovanın ölümündən bu gün 10 il keçir.

Məlumatına görə, aktrisa üçün rolun böyük-kiçikliyi önəmli deyildi, o ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə təqdim etməyi və sevdirməyi bacarırdı. Azərbaycan tamaşaçısı onun ifasında ən adi kolxozçu obrazına da dəfələrlə baxmaqdan yorulmaz.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. "Hicran"da Qızbacı, "Ulduz"da Zuleyxa "Qaynana"da Cənnət obrazları ilə xalqın ürəyində əbədi yer tutan, Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı.

"Bizim Cəviş muəllim" də daxil olmaqla "Ögey ana", "Böyük dayaq", "Qanun naminə", "Bəyin oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma, mən səninləyəm", "Yuxu" və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı.

Nəsibə xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək. Çünki o hələ sağlığında ikən öz əbədiliyini qazanmışdı. Xatırladaq ki, Xalq artisti Nəsibə xanım Zeynalova martın 10-u, teatr günü dünyasını dəyişib. Həyat onun adını teatrla yanaşı yazdı (ANS).

Tarix
2014.03.10 / 15:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla