Yuxarı

Krıma gedən müsavatçıların saxlanılmasının təfərrüatları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krıma getmək istəyən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı və digər başqan müavini Gülağa Aslanlının Rusiya Federasiyası ərazisində saxlanılmasının təfərrüatları bəlli olub. Onlarla birgə Krıma gedən "Yeni Müsavat" əməkdaşı Emil Salamoğlu deyib ki, hazırda Moskva-Bakı qatarı ilə geri qayıdırlar: "Bizi polis nəzarəti altında qatara mindirdilər. Hazırda da polislərin nəzarəti altında qatarda yola çıxmışıq".

E.Salamoğlu dedi ki, ilkin "sürpriz"lə Azərbaycan ərazisindən Rusiya ərazisinə daxil olarkən sərhəddə qarşılaşıblar: "Səhərə yaxın Rusiya sərhədində bizi yoxladılar. Yoxlama xüsusi idi, it də gətirmişdilər. Çantalarımızı alt-üst etdilər, hətta Gülağa Aslanlının noutbukunu açıb orada olan məlumatlara da baxdılar. Amma bizi sərhəddən buraxdılar. Səhər saat 11-də Mahaçqala vağzalında olduğumuz kupeyə 10-a yaxın mülki geyimli və polis işçiləri gəldi. Çox sərt və kobud şəkildə hədələməklə bizi kupedən çıxarıb heç bir səbəb göstərmədən polis idarəsinə apardılar. Orada da dedilər ki, güya qonşu kupedə kimisə narahat etmişik. Özümüzə də dedilər ki, çantalarınızdan nə istəsək çıxararıq, hal şahidləri dəvət edəcəyik. Hiss olunurdu ki, bizi qorxutmaq istəyirlər".

Əməkdaşımız polisdə səfərlə bağlı sorğu-suala məruz qaldıqlarını dedi: "Bizdən səfərimizin məqsədi haqda soruşurdular. Ukraynaya Krıma getmək üçün gedirsinizmi? Bilmirsinizmi orada vəziyyət mürəkkəbdir? Nəyə görə ora gedirsiz kimi suallar verirdilər. Polisdə bizə 10-15 adam belə sistemli şəkildə çarpaz sualar verirdi. Orada Dərbənddən olan azərbaycanlı polis işçiləri də vardı. Onlar bizə dedilər ki, geri qayıtmaq haqda qərar verəriksə, bizə protokol tərtib etmədən geri qayıtmağımıza şərait yaradacaqlar".

E.Salamoğlu dedi ki, bu axşam 22 radələrində Azərbaycan ərazisinə daxil olacaqlar. A.Hacılı və G.Aslanlı baş verənlərlə bağlı martın 11-də mətbuat konfransı da keçirəcəklər ("Musavat.com").

Tarix
2014.03.10 / 15:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla