Yuxarı

Nurçulara yardım edənlər terrorçu sayılacaq? - Qanun

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu qanunun konkret hər hansı bir dini cərəyana qarşı yönəlmiş olduğunu söyləmək çox çətindir. Lakin etiraf eləmək lazımdır ki, Suriyadakı hadisələr Azərbaycanda qanunvericilik sahəsində tədbirləri intensivləşdirdi".

Bu sözləri "Axar.az"a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc dedi. O bildirdi ki, bu sahədə qanunun qəbul edilməsi istiqamətindəki görülən işlərdə Suriyaya döyüşməyə gedənlərin də böyük payı var:

"İlkin olaraq parlamentdə Suriyada döyüşlərdə iştirak edənlərin əməllərinin terror fəaliyyəti kimi qiymətləndirilməsi çağırışı ilə çıxış etdim. Bir çox parlamentarilər də bu fikrə qoşuldular. BMT-nin "xarici hərbi birləşmələr və hərbi dəstələrin içərisində yer almağın muzdluluq hərəkəti kimi qəbul olunması" haqqında 1997-ci il konvensiyasının tələblərindən irəli gəlir. Hüquq sisteminin vəziyyətinə görə hər hansı bir məsələ ilə bağlı qanun qəbul edilməyibsə belə, dövlət beynəlxalq konvensiyaları ratifikasiya edirsə, bu halda həmin hüquq alilik dərəcəsinə malikdir və qanun kimi keçərlidir. Bu hal cinayət qanunvericiliyimizdə tam öz əksini tapmasa da həmin insanlara qarşı cinayət təqibi üçün əsas götürə bilərik. Artıq Milli Məclisin Hüquq siyasəti, Təhlükəsizlik və Müdafiə komitələri tərəfindən mövcud qanunvericiliyə dəyişiklik edilməsi və bir neçə maddə əlavə edilməsi ilə bağlı təklif oldu. Bundan sonra dini cərəyanları maliyələşdirənlər də məsuliyyət dərəcəsinin içərisinə daxil edilir".

Millət vəkili qanun layihəsində dini cərəyanları yaymaq istəyənlərin də terrorçuluğa yardım kimi qiymətləndirlməsi və bunun nurçuluqla əlaqələrindən danışdı:

"Bu qanun layihəsinin qəbul edilməsinin səbəbi kimi "nurçuları terorçularla əlaqələndirmək" iddiası yanlış olardı. Bir də son olaraq deyim ki, bu qanunun qəbulu ilə məsuliyyətə cəlb ediləcək insanlar məhz terrorçu kimi deyil, terrorçuluq fəaliyyətinə yardım kimi qiymətləndirilməsi qərarlaşdırılır. Anti-terror sahəsində indiyə qədər 15-ə yaxın qanun qəbul edilib və bu qanun da olduqca normaldır".

Tarix
2014.03.10 / 14:50
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla