Yuxarı

Şeyxdən dünya müsəlmanlarına çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün İslama qarşı artan hücum və haqsız ittihamlar, dini səviyyədə qarşıdurma yaratmaq, dindən şəxsi məqsədlər üçün istifadə cəhdləri fonunda sülh və ədalətin bərqərar olması üçün bütün İslam ümmətinin bir araya gəlməsi zəruridir".

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bunu QMİ sədri şeyxülislam Allahşükür Paşazadə Abu-Dabi şəhərində keçirilən "İslam cəmiyyətində sülhün təminatı" mövzusunda beynəlxalq konfransında çıxışı zamanı bildirib.

A. Paşazadə qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də sülh və İslam həmrəyliyi olduqca vacibdir: "Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir. Bu faciəli hadisələr bizi hədsiz narahat edir. Təmsil etdiyim Azərbaycanın müsəlmanları da erməni işğalçılarının təcavüzünə məruz qalıb, ölkə ərazisinin 20 faizi, əzəli torpağımız olan Qarabağ işğal olunub və azərbaycanlılara qarşı təcavüz, o cümlədən, Xocalı şəhərində soyqırım törədilib. Ölkəmiz təcavüzə məruz qaldığı dövrdə qardaş müsəlman ölkələri, bəzi beynəlxalq islam təşkilatları bizimlə həmrəylik nümayiş etdirib və haqq işimizi müdafiə ediblər. Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində bizlərə dəstək nümayiş etdirən qardaşlarımızın səylərini təqdir edir və buna görə dərin minnətdarlığını bildirir. Dövlət rəhbərlərimiz, İslam alimləri, o cümlədən, konfransda iştirak edən üləmalar müsəlman cəmiyyətlərində sülhün qorunub saxlanması yönündə dəyərli əməl və səy nümayiş etdirirlər".

Tarix
2014.03.10 / 14:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla