Yuxarı

Havalar yenidən soyuyacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 13-dən Azərbaycanda havanın temperaturu yenidən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, martın 13-dən Bakıda və Abşeron yarımadasında havanın temperaturu 5-9 dərəcə enəcək.

Martın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.
Martın 12-si axşamadək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin martın 12-si axşam və 13-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi və havanın temperaturunun enməsi meterohəssas insanlar üçün əlverişsiz olacaq.

Marrtın 11-də Azərbaycanın bölgələrində gecə və səhər bəzi ərazilərdə hava yağıntılı olacaq, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır ( Trend ).

Tarix
2014.03.10 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla