Yuxarı

Biləsuvarda yol terroru: 2 ölü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, yol-nəqliyyat hadisəsi Biləsuvar rayonunun Mübariz İbrahimov küçəsində qeydə alınıb.
Biləsuvar rayon sakini 1990-cı il təvəllüdlü Qubadov Cavid Rəfael oğlu "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq səki ilə hərəkət edən piyada, Biləsuvar sakini 1996-cı il təvəllüdlü Hüseynov Anar Ərəstun oğlunu vurub.

Daha sonra avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı piyada ilə yanaşı sürücü və avtomobildə olan sərnişin Quliyev Müşfiq Mirzəli oğlu da ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, sürücünün və piyadanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, sərnişin Müşfiq Quliyevin vəziyyəti isə qənaətbəxşdir.
İlkin ehtimala görə avtoqəzanın baş verməsinə sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır ( Trend ).

Tarix
2014.03.10 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla