Yuxarı

Krıma getmək istəyən müsavatçılar Rusiyada saxlanıldı - Yenilənib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:44

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb.

"Axar.az" APA-ya istindən xəbər verir ki, bu barədə A.Hacılı özü məlumat verib. O, "məni Mahaçqalada saxlayıblar, xahiş edirəm, ailəmə xəbər verin", - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, A.Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: "Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar".

Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.

13:04

"Yeni Müsavat"ın reportyoru Emil Salamoğlunun verdiyi məlumata görə, Mahaçqalada saxlanılan Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı, eləcə də, Emil Salamoğlunun özü azad edilib. Lakin onlara səfərlərini davam etdirmək imkanı verilməyib. Saxlanılanlar nəzarət altında qatara mindirilərək, Bakıya qaytarılırlar.

Arif Hacılı APA-nın müxbirinə "məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin", - deyib.

14:40

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Mahaçqala Nəqliyyatda Daxili İşlər İdarəsindən bildiriblər ki, Azərbaycan vətəndaşları Arif Hacılı və Gülağa Aslanlı artıq Bakıya geri qaytarılıblar. İdarədən onların hansı səbəbdən saxlanıldıqları barədə heç nə deyilməyib.

Hələlik A.Hacılı və G.Aslanlının polis idarəsindən buraxılıb-buraxılmadıqları haqda dəqiq məlumat yoxdur.

Tarix
2014.03.10 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla