Yuxarı

Xoşbəxt olmağın 11 qızıl qaydası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanın həyatda ilk xoşbəxt hadisəsi onun dünyaya gəlişidir. Çünki Tanrı ona yaşamaq haqqı, sevinmək və kədərlənmək, sevmək və sevilmək, görmək, eşitmək, duymaq kimi hisslər verir.

Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayət edər. Həmin sirləri diqqətinizə çatdırırıq.

1. Keçmişinizə çox da boylanmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşimançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın.

2. Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətləriniz və uğurlarınızla sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz.

3. Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki, mənəvi rahatlıq ən böyük xoşbəxtçilikdir.

4. Xoşbəxt olmağın sirrlərindən biri də Tanrının bəxş etdikləri ilə qane olmaqdır. Əgər siz sağlam və iş qabiliyyətinə maliksinizsə deməli xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli istifadə edin.

5. Paxıllıq hisslərindən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız.

6. Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hisslərinizi səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək.

7. "Hər şey məndə də olmalıdır" şüarından uzaq olmağa çalışın. Çünki sizin istəklərinizdən asılı olmayaraq Tanrı əməllərinizə görə layiq olduğunuzu özü müəyyənləşdirəcək.

8. Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin olsun. Xoş hisslər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də olur.

9. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli insanları Allah həmişə dəyərincə qiymətləndirir.

10. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətdir.

11. Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın. Ətrafınızda əməli saleh olan insanları qiymətləndirsəniz bu sizin mövqeyinizi müəyyənləşdirəcək ki, siz də insanlar tərəfindən layiq olduğunuz qiyməti alacaqsınız.

Xoşbəxtliyə gedən yollarda əməliniz saleh, niyyətiniz təmiz olsun. Unutmayın ki, bu müvəqqəti həyatda xoşbəxt olmağınız öz əlinizdədir. ("Modern.az")

Tarix
2014.03.10 / 02:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla