Yuxarı

Nurçluğun təhlükəli olması ideyalarından görünür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nurçuların siyası iddiası var və onların hədəfi hakimiyyəti götürməkdir".

Bu sözləri "Axar.az"a açıqlamasında BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, nurçuluq bir dini cərəyan kimi Azərbaycanda mövcuddur:

"Nurçuluq Azərbaycan üçün böyük təhlükədir. Doğrudur, bizim ölkədə dini azadlıq var. Ancaq nurçular alternative hakimiyyət modeli təklif edən, hakimiyyət strukrutlarına sızmaq və dövlətin idarə olunmasında söz haqqı qazanmaq istəyinə görə digər dini cərəyanlardan qətiyyətlə fərqlənir və dindən istifadə edən bu siyasi cərəyan ona görə təhlükəli sayılmalıdır".

BAXCP-nin bununla bağlı qəti və birmənalı mövqeyi olduğunu söyləyən N.Orduxanlının sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən Çağ Öyrətim siyasi elitanı dinə meylləndirmək və ya öz çevrəsinə bağlı dini təfəkkürlüləri siyasi aləmə yerləşdirməklə məşğuldur: "Qüdrət Həsənquliyev hələ bir neçə il bundan qabaq Milli Məclisdə və ölkə mətbuatında bu çərəyan haqqında geniş məlumat vermişdi. Bizim illər əvvəldən dediyimiz narahatlıqlar bu gün haqlı olaraq gündəmdədir. Azərbaycanda hansısa dini cərəyanın təsiri altında fəaliyyət göstərən məktəblər ola bilməz! Nurçular xalqımızın ən savadlı uşaqlarını dini cərəyana cəlb etməklə gələcəyimizi əlimizdən almaq istəyirlər. İmkanlı ailələrin uşaqlarının təhsili üçün ildə 7.000 manat pul da alırlar. Həm pulumuzu alırlar, həm də övladlarımızın beynini korlayırlar. Heç kimin haqqı yoxdur ki, dünyəvi dövlətçiliyi bizim xalqın əlindən alsın. İstər nurçu olsun, istər vəhabi və ya sələfi, bir təriqət ekstremizmlə məşğuldursa, başqalarının hüquqlarına təhlükə yaradırsa, cəmiyyət onu birmənalı olaraq qınamalıdır və dərhal qanunun sərtliyi tətbiq olunmalıdır".

Nurçuların siyasi iddialarının təbliğatlarında da əks olunduğunu deyən N.Orduxanlı bildirib k, onlar yalnız qəlbində nur (söhbət nurçulardan gedir), beynində zəngin bilik olan insanların siyasi hakimiyyətə gəldiyi təqdirdə ədalətli cəmiyyət qurmalmasını bildirirlər: "Bu, birbaşa siyasi hakimiyyətə iddiadır".

Tarix
2014.03.10 / 00:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla