Yuxarı

Devid Kameron Putinlə Ukraynanı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Devid Kameronla Rusiya prezidenti Vladimir Putin Ukaynadakı son vəziyyətlə əlaqədar telefonla danışıb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Baş nazirliyindən telefon danışığı ilə bağlı edilən açıqlamada İngiltərə Baş naziri Devid Kameronun Rusiya prezidenti Vladimir Putinə zəng vuraraq Ukraynadakı vəziyyəti gərginləşdirməməyə və Rusiya ilə Ukrayna hökumətləri arasında birbaşa görüşləri təmin edəcək bir qrupun yaradılmasına dəstək verməyə çağırdığı qeyd edilib.

Açıqlamada eyni zamanda bunlar da qeyd edilib: "Kameron, avropalı və amerikalı ortaqlarla Krım daxil Ukrayna böhranının diplomatik yolla həll edilməsi üçün Rusiya ilə birlikdə səy göstərməyə hazırıq".

İngiltərə Baş naziri ayrıca Ukrayna xalqının öz gələcəyini seçmə haqqı olduğunu və may ayının sonunda edilməsi planlaşdırılan seçkilərin bunun üçün ən yaxşı yol olduğunu vurğulayıb. Beynəlxalq cəmiyyət seçkilərin azad, ədalətli olması üçün birlikdə işləməlidir".

Ukraynanın qarşı-qarşıya olduğu iqtisadi çətinliklərin də telefon danışığında müzakirə edildiyi və iki liderin beynəlxalq cəmiyyətin gələn aylarda maliyyə dəstəyi etməsi mövzusunda həmfikir olduqları bildirilib.

Tarix
2014.03.09 / 23:52
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla