Yuxarı

Pantiç: "Mənə dedilər ki, “Qarabağ” çempiondur"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqasının 25-ci turuna "Qarabağ"–"Bakı" oyunu ilə yekun vuruldu. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçilər oyun barədə fikirlərini bildirib:

"Bakı" klubunun baş məşqçisi Milinko Pantiç şok açıqlamalarla yadda qalıb: "İndividual səhvlərimiz oldu və bu səhvlər ucbatından da uduzduq. Demək olmaz ki, bizim epizodlarımız olmadı. Bizim də qol epizodlarımız oldu, amma onlardan yararalana bilmədik. İrəlidə cavab görüşü var, çalışacağıq ki, revanş alaq. Avrokubok şanslarımız qalıb. Bu gün döyüşü uduzduq, amma müharibə davam edir. Sona qədər mübarizə aparacağıq.Təlim məşq toplanışına gedəndə mənə dedilər ki, "Qarabağ" çempiondur. Bu gün öz oyunları ilə bunu təsdiq etdilər.

"Sizə bunu kim deyib" sualına isə Pantiç "Mətbuat konfransı bitmişdir" deyə cavab verib və konfrans zalını tərk edib.

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Pantiçin fikirlərini təkzib edib: "Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. "Bakı" ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq. Qış fasiləsindən sonra oyunların sürəti daha da yüksəlib. Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdırlar, bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq. Neçə ildir ki, "Qarabağ"da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şaiyələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik". (ANS)

Tarix
2014.03.09 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla