Ana səhifə İqtisadiyyat |
Adriatik dənizi sahillərində keçmiş Kumbor hərbi-dəniz bazasının yerində kurortun tikintisi üzrə Azərbaycan-Monteneqro birgə layihəsinə start verilib.
Məlumata əsasən, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və 500 milyon avro dəyərindəki layihəni hazırlayan "Azmont Investments" şirkəti 2000-ci illərin əvvəllərində tərk edilmiş Yuqoslaviya donanmasının bazasını yenidən qurmaq və onun yerində müasir kurort, həmçinin hotel kompleksi və digər obyektlər inşa etmək niyyətindədirlər.
Onun sözlərinə görə, bu layihə sayəsində Azərbaycandakı
investorlar indi bilirlər ki, Monteneqro hökuməti ölkədə rahat
investisiya mühitini təmin edib: "Deməli, bu layihədən sonra
digərləri də olacaq".
Monteneqronun Baş naziri Milo Cukanoviç bildirib ki, mövcud layihə
və Azərbaycanla ikitərəfli münasibətlər ümumilikdə Monteneqro üçün
olduqca önəmlidir: "İnvestorların əksəriyyəti qlobal iqtisadi
enişin bitməsi ilə bağlı gözləmə mövqeyi tutduğu zaman ikitərəfli
yaxşı əlaqələr meydana çıxmağa başladı".
Layihəni 2016-cı ildə başa çatdırmaq planlaşdırılır. İnşaat dövründə 6500, tikinti işləri tamamlandıqdan sonra isə daha 1200 iş yeri açılacaq.
Tikinti layihəsinin şərtlərinə müvafiq olaraq, ARDNŞ Kumborda
"Orjenski" kazarma sahəsini 90 il icarəyə götürəcək. İcarədar
Monteneqroda şirkət yaratmaq hüququna malikdir. İcarə müqaviləsi
üzrə bütün hüquq və öhdəliklər şirkətə təhvil veriləcək. Şirkət
bütün öhdəliklər üzrə tam cavabdehlik daşıyacaq.
İcarədar icarə müddətinin ilk 4 ili ərzində kurortların inkişafına
ən azı 52 milyon avro investisiya yatırmalı və ya ilk 8 ildə
ümumilikdə 258 milyon avro investisiya qoymalıdır.
Fiksasiya edilmiş icarə haqqı ilk 45 ilə görə əvvəlcə ödəniş formasında təqdim oluncaq.
52 milyon avro həcmində investisiya yatırımının birinci mərhələsi yekunlaşdıqdan sonra icarədar müqavilə üzrə bütün maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olan üçüncü tərəfə kontraktı verə bilər. ARDNŞ eyni şərtlər əsasında icarədarlar qismində yerli şirkətlərin öhdəlikləri üzrə zəmanətlərdən azad oluna bilər ( Trend ).
Tarix
2014.03.09 / 09:41
|
Müəllif
Axar.az
|