Yuxarı

ABŞ senatoru Azərbaycanı hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İllinoys ştatından seçilən respublikaçı senator Mark Kirk Azərbaycana hədə-qorxu gəlib.

Məlumata görə, o, bildirib ki, Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiq etmək istəyir. Amerikalı senator 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələri xatırladaraq deyib ki, sözügedən hadisələrin günahkarları indiyədək cəzalarına çatmayıblar

Okeanın o tayında otura-otura Sumqayıtda, Dağlıq Qarabağda baş verən hadisələrə dırnaqarası qiymət verən senatorun ABŞ-da məskunlaşan erməni diasporunun pulları ilə Azərbaycana hədə-qorxu gəlməsi aydın şəkildə görünür. Mark Kirk unudur ki, onun "dostları" olan ermənilər Xocalı qətliamını törədib, Azərbaycanın 20% torpağını işğal edib və nəticədə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün dədə-baba yuvalarından didərgin düşüb.

Mark Kirk Azərbaycana hədə-qorxu gəlmək əvəzinə 10 dəqiqə vaxtını sərf edərək "google"da erməni idmançısı Eduard Qriqoryanın Sumqayıtda erməni qadınlarını zorladığını və "Krunk" cəmiyyətinə pul verməyən erməni ailəsinin ev əşyalarını dağıtmasını asanlıqla oxuya bilər.

Xatırladaq ki, ABŞ-da erməni lobbisinin pulu ilə Azərbaycanı "qorxudan" senatorların və digər məmurların sırasında Ed Roysun, Bred Şermanın, Devid Çiçillenin, Frenk Pallonenin, Adam Şiffin, Toni Kardenasın, Anna Eşunun, Ketrin Klarkın, Qeri Pitersin və Linda Sançesin də adları var (ANS).

Tarix
2014.03.09 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla