Yuxarı

ABŞ Rusiya ilə müharibəyə başlaya bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Ukraynadakı böhran tələb edərsə, ABŞ ordusu NATO qarşısında öhdəliklərini yerinə yetirməyə hazırdır.

Bu barədə ABŞ qərargah rəislərinin birləşmiş komitəsinin sədri Martin Dempsi bildirib.

ABŞ-ın "PBS" telekanalının jurnalistinin suallarına cavab verən general Dempsi bildirib ki, bu sual böyük müzakirələr tələb edir və hadisələrin necə inkişaf edəcəyindən asılıdır.

"Amma unutmayın: biz NATO üzrə müttəfiqlərimiz qarşısında öhdəliklər daşıyırıq. Və mən əmin etmək istəyirəm ki, əgər bu öhdəliklərin yerinə yetirilməsini tələb edən durum yaranarsa, biz buna cavab verəcəyik",- deyə Dempsi bəyan edib.

General həmçinin əlavə edib ki, əgər Ukraynadakı etnik rusların müdafiəsi bəhanəsi ilə Rusiyanın suveren ölkəyə girməsinə imkan verilərsə, onda bütün Şərqi Avropa və Balkanlar sabitliyin pozulması təhlükəsi qarşısında qalacaqlar. (ANS)

Tarix
2014.03.09 / 00:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla