Yuxarı

Dələduza 10 il həbs cəzası verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini Nərgiz Məmmədovanın məhkəməsi keçirilib. Nərgiz Məmmədova özünü vəzifəli şəxs kimi təqdim edib və 10-dan çox vətəndaşı işə düzəltmək adı ilə aldadıb.

Nərgiz Məmmədova Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəbə tələbə qəbul etdirməkdə də təqsirli bilinib. O, 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb və ondan 23 min manat məbləğində pul alıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror Nemət Əvəzov çıxış edib. O deyib ki, 8 Mart ərəfəsində Nərgiz Məmmədovaya ittiham elan etməkdə çətinlik çəkir. Onun sözlərinə görə, Nərgiz Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham edilib: "Nərgiz Məmmədova bu əməli ilə vətəndaşlara ziyan vurub. Məhkəmə istintaqı zamanı zərərçəkmişlərlə Nərgiz Məmmədovanın anlaşması üçün şərait yaratmağa çalışdıq. Amma onların anlaşması alınmadı. Dələduzluq əməli təhlükəli cinayət hesab edilir. Burada vətəndaşa dəymiş ziyanın ödənilməsi vacib məsələdir. Amma Nərgiz Məmmədova dəymiş ziyanı ödəməyib. Bu da onun cəzasını ağırlaşdıran hal hesab edilir".

Prokuror çıxışının sonunda Nərgiz Məmmədovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Daha sonra hakimlər çıxış etmək üçün Nərgiz Məmmədovanın vəkilinə söz veriblər. Lakin vəkil çıxışa hazır olmadığını əsas gətirib və hakimlərdən vaxt istəyib. Məhkəmə martın 14-də davam edəcək ("Teleqraf.com").

Tarix
2014.03.08 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla