Yuxarı

Qayınanam əzazil arvad idi… – 8 Mart

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq qadınlar günüdür, əslində ilin bütün günlərində qadın hədiyyə gözləyir. Lakin bu günün ayrıca bir özəlliyi var. Qadınlarımızı bu gün münasibəti ilə təbrik etməklə yanaşı, həm də onlara bir sualla müraciət edəsi olduq: "Sizcə, qayınanadan qorxmaq lazımdır, yoxsa hörmət etmək; Qayınananıza bayram hədiyyəsi almısızmı?"

Bilmirəm

Tanınmış jurnalist, həm qayınana, həm də gəlin olan İradə Tuncay "Mən bu sualın cavabını bilmirəm", - deməklə cavab verməkdən yayındı.

Mənim qayınanam firon, əzazil arvad idi

Sevinc Çılğın qayınanasızlığın xiffətini çəkir: "Mənim qayınanam yoxdu, biz ailə həyatı qurmazdan çox-çox əvvəl rəhmətə gedib".

Sevinc xanım qayınanaların necə olmasını isə anasından eşidib: "Anam qayınanasından qorxub. Deyirdi ki, mənim qayınanam firon, əzazil arvad idi. Bəzən anam məni ona oxşadır. Amma bənzətməni aparmazdan əvvəl "torpağı sanı yaşayasan", - deyir".

Günah qayınanalardadır

Jurnalist Şəlalə İfratqızı özünün də qayınana olduğunu dedi: "Təəssüf edirəm ki, qayınanam yoxdur. Qayınanadan isə qorxmaq yox, ona hörmət etmək, ondan öyrənmək lazımdır. Amma gəlin-qayınana münasibətlərində hər hansı bir söz-söhbət varsa, düşünürəm ki, günah qayınanadadır. Gəlin başqa bir ailənin qayda-qanunu ilə böyüyüb, düşdüyü mühütə onu qayınanası alışdırmalıdır. Öyrətməlidir. Bilmədiyini, bacarmadığını başa salmalıdır. Daha onu rüsvay etməməlidir. Nahaq yerə deməyiblər ki, gəlin gəlin olmaz, onun düşdüyü yer yer olmalıdır".

Qayınana munasibəti göstərməmişəm

Müğənni Nuriyyə Hüseynova: "Mən qayınana deyıləm ki… Mən anayam, çünkü bu günə kimi qayınana munasibəti göstərməmişəm. Ana sevgisi başqadır, sevdiyin qadına olan sevgı basqa. Gərək fərqi ayırd edə biləsən, bir də ki, bəzi qayınanalar elə doğurdan da cox qorxuncdu. Kim olursan ol, gözəl insan olmaq lazımdır. Bütün hallarda analara hörmət lazımdır. Məncə, insan sadəcə elə olmalıdır ki, onu sevsinlər, ondan qorxmasınlar".

Gənc estrada müğənnisi Afaq Aslan bildirdi ki, subaydır: "Qayınanam yoxdur, ona görə də bu problemdən uzağam."

Bir adamı paylaşa bilməmək

Yazar Sevinc El-sevər mövzuya münasibətini belə bildirdi:

"Məncə, qayınanalara hörmət eləmək lazımdı. Hər şeydən öncə onlar anadır. Amma bu, sirr deyil ki, təkcə bizim ölkədə yox, bütün dünyada qayınanalarla gəlinlər, kürəkənlər arasında problem var. Azərbaycanda oğlan anaları ilə gəlinlər arasında bu hal daha çoxdu. Rusiyada, Ukraynada da qız analarıyla kürəkənlər arasında bu "qarşıdurma" yaşanır. Bütün bu problemlər insanların bir evi, ocağı, qazanı, çömçəni, mətbəxi və nəhayət bir adamı paylaşa bilməməyindən irəli gəlir. Qısqanclıq yaranır. Narazılıqlar artanda isə daha ciddi problemlərə aparıb çıxarır, hətta boşanmalara belə… Hər iki tərəf kompromisə gedəndə isə problem olmur".

Gəlinə ayıran demədim mən Dədə Qorqud…

Sevinc El-sevər onu da bildirdi ki, qayınanaların zəhmi olur. "Amma onu etiraf edim ki, qayınanaların xüsusi bir zəhmi olur. Bunu bizim qanımıza yeridiblər elə bil... Mənim qayınanam həm də müəllimədi, bu, evdə də özünü göstərir. Mən ona qayınana, həm də müəllimə kimi yanaşıram. Münasibət bəsləyirəm. Demək olar ki, məişətdə hər şeyi ondan öyrənmişəm. Anamın yanında kitab oxumaqdan başqa bir şey bilmirdim. Amma ümumilikdə götürəndə mehriban, üzügülər qadındı. Bu günə qədər heç vaxt sözləşmədik. Bundan sonra da olmaz, inşallah. Yeri gəlmişkən, qayınanamın timsalında bütün anaların, qayınanaların bayramını təbrik edirəm. Mehribanlıq arzu edirəm. Dədə Qorqudun bu sözlərini də çox eyinlərinə almasınlar:

"Gəlinə ayıran demədim mən Dədə Qorqud!"

Tarix
2014.03.08 / 19:52
Müəllif
Aytəkin Səfərli
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla