Yuxarı

Bakıda yeni hava limanı açılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC 2014-cü ilin mart ayında Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin sınaq rejimində istismara verilməsinə başlamağı planlaşdırır.

Onun sözlərinə görə, indiki halda söhbət yeni kompleksin yalnız bir sahəsindən gedir: "Test işlərinin aparılması üçün həmin sahəyə daxili aviareyslər həyata keçiriləcək. Martın ortalarında yeni binanın sahələrindən birini işə salmaq planlaşdırılır. Həmin sahə yerli istiqamətlər, xüsusilə Naxçıvan Muxtar Respublikası üzrə təyyarələrin göndərilməsinə görə cavabdeh olacaq".

Mənbə qeyd edib ki, bu, bütün sistemləri sınaqdan keçirməyə və yeni obyektin istismara tam hazır olmasını müəyyənləşdirməyə imkan verəcək.

Mənbə daha əvvəl bildirmişdi ki, yeni aerovağzal kompleksi 2014-cü ilin yazında istismara verilə bilər. Yeni aeroport üç milyon sərnişinə xidmət edəcək. Kompleksin sahəsi 58 min kvadratmetr təşkil edəcək.

Yeni təyyarə vağzalının dördmərtəbəli binası üçbucaq formasında olacaq. Yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq. Burada beynəlxalq aviasiyada istifadə edilən ən son elmi-texniki nailiyyətlər tətbiq ediləcək.

Yeni təyyarə vağzalında sərnişinlərə xidmət ən yüksək beynəlxalq standartlara uyğun təşkil ediləcək ( Trend ).

Tarix
2014.03.08 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla