Trampla debat üçün həyəcanlanıram - Bayden
20:44
Ana səhifə Planet |
ABŞ və Almaniya rəhbərləri Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırıblar.
"Axar.az" APA-ya istinadən xəbər verir ki, Prezident Barak Obama və kansler Angela Merkel arasında telefon danışığında ABŞ-la Avropa Birliyinin Ukrayna ilə bağlı siyasətinin koordinasiya edilməsi qərara alınıb. Tərəflər bildiriblər ki, Rusiyanın Ukrayna ilə dialoqu təmin edəcək təmas qrupu formalaşdırması zəruridir. Obama və Merkel hesab edir ki, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, o cümlədən münaqişənin yatırılması baxımından dialoqdan uğurlu yol yoxdur.
Dövlət rəhbərləri həmçinin Ukraynada etnik rusların hüquqlarının qorunma səviyyəsini monitorinq etmək üçün beynəlxalq müşahidəçilərin ölkəyə buraxılmasının vacibliyini vurğulayıblar
Tarix
2014.03.08 / 16:02
|
Müəllif
Axar.az
|