Yuxarı

Qadınlar haqqında bilmədiyimiz 10 fakt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar haqqında bilmədiyimiz 10 fakt

Bu gün 8 Mart - Ümumdünya Qadınlar günüdür. "Axar.az" dünyada qadınlarla bağlı maraq doğuracaq 10 faktı sizə təqdim edir.

1.İlk avtomobil qəzası – 1869-cu ildə İrlandiyalı alim Mari Uard (Mary Ward) əmisi uşaqlarının hazırladığı buxarla çalışan avtomobili sınaqdan çıxarmaq qərarına gəlir. Yürüş zamanı hərəkəti davam etdirmək üçün dairəvi yola girən Uard uşaq arabasında hərəkət edən qadınla rastlaşır. Daha doğrusu qadın uşağını yolun ortasında qoyub kitab oxuyurmuş. M. Uard uşağı vurmasın deyə sükanı yana burub və eyni zamanda əyləci basıb. Bədbəxtçilikdən avtomobilin təkəri sınaraq İrlandiyalı alimin üzərinə düşüb. Boynunu qırılan sürücü yerindəcə keçinib. Bu hadisə ilk avtomobil qəzası kimi tarixə düşüb.

2.Amerika tayfunları – Bir çox ölkələrdə güclü dağıdıcı gücə malik küləklər var ki, onlara tayfun (typhoon) deyilir. Dünyada 114, təkcə ABŞ-da isə 17 növ tayfun var. Tayfunlar müxtəlif formada adlandırılır. ABŞ-dan başqa digər ölkələrdə bu küləklərə güllərin, heyvanların adı ilə adlandırırlar. Amma dünyanın hegemon dövlətində isə bütün tayfunlara nədəndisə ancaq qadın adları qoyulur. Onlardan Mariya (Maria), Visente (Vicente) və s. demək olar.

3.Ölüm faktları – Beynəlxalq təşkilatlarının araşdırmalarına görə dünyada hər 90 saniyədə bir hamilə yaxud uşaq dünyaya gətirmək istəyən qadın ölür.

4.20 min söz – Araşdırmalara görə qadınlar bir gündə 20 mindən artıq söz danışırlar. Bu kişilərin gün ərzində işlətdiyi sözdən ortalama 13 min çoxdur.

5.1 illik qərar – Hesablamalara görə bir qadın öz ömrünün təxminən 1 ilini "bu gün nə geyinəcəm?" qərarını verməyə sərf edir.

6.Ağlamaq – Qadınlar il ərzində minimum 30, maksimum 64 dəfə ağlayır. Kişilərdə isə bu rəqəm 6-17 arası dəyişir.

7.Ürək döyüntüləri – Ümumdünya səhiyyə təşkilatının hesablamasına görə qadınların ürəyi əks cinsə nisbətən daha sürətlə döyünür.

8.Əl çantası – Normal həyat şəraiti olan bir qadının həyatı boyu istifadə etdiyi çantaların sayı ortalama 111-dir.

9.Qaçqınlar – BMT-nin Qaçınlara İş üzrə Ali Komissarlığının hesabatına əsasən dünyada qaçqınların 80 faizi qadındır.

10.QİÇS – Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən dünyada 16,4 milyondan çox qadın İİV/QİÇS-ə yoluxub. Bu isə eyniadlı xəstəliyə yoluxan kişilərin satından 5 dəfə çoxdur.

Tarix
2014.03.08 / 15:28
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla