Yuxarı

Velosipedçimiz birinci yer tutdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyada təşkil olunmuş çoxgünlük "Langkavi" turunda bu gün 9-cu mərhələyə yekun vurulub.


Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, bu mərhələ Azərbaycanın "Synergy Baku" komandası üçün xoş xəbərlə əlamətdar olub. Belə ki, bu günə qədər dağ mərhələsində göstərdiyi inamlı çıxışla liderliyi ələ keçirən və "qırmızı mayka"nı özündə saxlayan irlandiyalı Metyu Bremmier bugünkü 9-cu mərhələdə də heç kimi özündən qabağa buraxmayıb.

Reqlamentə görə, yarışın sabah keçiriləcək sonuncu - 10-cu mərhələsində dağ yollarına görə xalların hesablanmayacağını nəzərə alsaq, M.Bremmierin ilk pillədə qalacağı dəqiqləşib. Bununla da Azərbaycan komandasının üzvü "Langkavi" turunun "qırmızı mayka"sını və "Dağ Kralı" ləqəbini qazanıb ki, bu da "Synergy Baku" üçün böyük uğurdur. O bu adı və maykanı gələnilki turnirə qədər özündə saxlayacaq.
M.Bremmierin bu uğurunda Azərbaycanın Elit yığmasının üzvü Elçin Əsədovun da böyük rolu var. Belə ki, yürüşün dünən keçirilən 8-ci mərhələsində kifayət qədər inamlı təsir bağışlayan Elçin sprintdəki uğurundan əlavə, dağ mərhələsində M.Bremmierə xeyli kömək edib və onu arxasınca aparmaqla həm özü 8 xal qazanıb, həm də komanda yoldaşının ən yaxın izləyiciləri ilə xal fərqinin azalmasına imkan verməyib.

Xatırladaq ki, "Synergy Baku"nun digər üzvü Maykl Şvayzer ilin ilk yarışı - Yeni Zelandiyada təşkil olunmuş "Cycle Classic" turunda ən yaxşı sprinter kimi "yaşıl mayka"ya layiq görülmüşdü.

111 km-dən ibarət 9-cu mərhələdə digər velosipedçilərimizin nəticələrinə gəlincə, almaniyalı Daniel Klemme, həmvətənlərimiz Elçin Əsədov və Tural İsgəndərov, irlandiyalı M.Bremmier və avstraliyalı Patrik Leyn mərhələ qalibi ilə eyni göstəriciyə imza atıblar - 2 saat, 32 dəqiqə, 21 saniyə. Fotofinişə əsasən, D.Klemme hamıdan öndə - 9-cu yerdə qərarlaşıb.

Sabah keçiriləcək sonuncu - 10-cu mərhələdə iştirakçılar 103 km məsafə qət edəcəklər ("Publika.az").

Tarix
2014.03.07 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Özəl Bakıya gəlsə, Prezident onu qəbul edəcək?

Prezident ilk fürsətdə bu addımı atacaq - Deputat

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla