Yuxarı

Mətləb Ağadan yeni şeir…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız bir rəsm çəkib
indi torpağın üstdə.
"İki külək ağlayır
ölən yarpağın üstdə".

...Oturarsan bir axşam,
payız rəsmi çəkərsən.
Son yarpaqdı deyəsən,
düşəcək, gecikirsən...

...bu payız yaxşı çəkər,
ya sən, bu son yarpağı?
külək bilər dilini,
ya sən, susan yarpağın?...

...öləkmi, yaşayaqmı,
mən bilmirəm, sən denən...
bu payız nə istəyir?
əgər bilirsən, denən...

...bəlkə gözün götürmür
bu payızın rəsmini?
payıza qisqanırsan
yoxsa indi sən məni?...

.... nədi pıçıldayırsan?:
- "mən, payız, Mətləb, axşam..."
- "nə çəkib payız bu gün?",
- "bilmirəm, baxmamışam..."

Tarix
2014.03.07 / 21:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla