Yuxarı

Lionel Messi rekord məbləğə transfer oluna bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Mançester Siti" futbol klubu "Barselona" komandasının lideri Lionel Messini 200 milyon avroya almaq və ona 25 milyon avro illik məvacib təklif etmək niyyətindədir.

"Şəhərlilər" Messinin son vaxtlar Kataloniya klubundakı vəziyyətindən və yeni müqaviləyə dair danışıqların gedişatından narazı olmasından istifadə etməyə çalışırlar. "Barselona"nın indiki məşqçisi Herardo Martino bu yay klubu tərk edə bilər ki, bu da Messinin ürəyincə deyildir.

Nəşrin yazdığına görə, futbolçu getdikcə daha çox tərəfdaşları tərəfindən tənqid obyektinə çevrilir. Onlar Messidən oyun və məşqlər zamanı daha çox "can yandırmağı" gözləyirlər.

Bildirilir ki, Fransanın "PSJ" klubu kimi "Siti" də artıq futbolçunun atası və agenti Xorxe Messiyə müraciət edib. Lakin varlılar üçün müəyyən olunmuş 75 faizlik vergiyə görə argentinalının Parisə köçməsi ağlabatan deyil. (AzərTac)

Tarix
2014.03.07 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla