Yuxarı

Hakimiyyət nurçulara qarşı fəaliyyətə başladı - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hakimiyyəti Fətullah Gülən hərəkatının ölkədə möhkəmlənməsindən narahatdır və bunların qarşısının alınması haqqında düşünür".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, artıq hakimiyyətin Fətullah Gülən hərəkatı ilə mübarizəyə başladığını söyləyib: "Bu hərəkatın illeqal fəaliyyəti Türkiyə dövləti üçün bir təhlükə yaradıb. Bu şəbəkənin ən böyük qolu Azərbaycandadır. Ərdoğanın özü də bu məsələləri ara-sıra qabardır ki, Azərbaycanda da onların gizli planları var. Azərbaycan hakimiyyəti Fətullah Gülən hərəkatının ölkədə möhkəmlənməsindən narahatdır və bunların qarşısının alınması haqqında düşünür. Hətta bu cür sənədlərin mediaa da ötürülməsinə təəccüb etmirəm".

Politoloq Azərbaycanda Gülən hərəkatına qarşı fəaliyyətin martın 30-da Türkiyədə keçiriləcək seçkilərdən sonra bəlli olacağını deyib: "Azərbaycan hakimiyyətinin son addımları ondan xəbər verir ki, bu hərəkatın fəaliyyətinə nəzarət etmək üçün iş aparırlar. Dövlət Neft Şirkətinin tərkibində birlik yaradılıb. Bütün məktəblər, kurslar, Qafqaz Universiteti həmin birliyin tərkibinə daxil olub. Görünür, Azərbaycan hakimiyyəti Türkiyədə baş verən hadisələrə seyrçi qala bilmir və Gülən hərəkatının Azərbaycanda fəaliyyətini nəzarətə götürmək istəyir. Bütün bunların nəticəsi 30 martda bəlli olacaq. Martın 30-u Türkiyədə bələdiyyə seçkisidir. Əgər seçkidə qələbə qazanarsa, bu o deməkdir ki, Ərdoğan Gülən hərəkatına qarşı son mübarizəyə başlayacaq. Bu da Azərbaycan hakimiyyəti üçün bir işarə olacaq ki, nəticədə də onların buradakı qolu sıradan çıxarılacaq. Əgər Ərdoğan məğlub olsa, o zaman Azərbaycanda da Gülən tərəfdarlarının üzərinə çox düşməyəcəklər. Bu gün Mətbuat Şurasının bu mövzuda tədbir keçirməsi və nurçularla bağlı tənqidi fikir səslənməsi Azərbaycan hakimiyyətində Fətullah Gülən hərəkatının fəaliyyətindən narazı olanların mövcudluğundan soraq verir".

Qeyd edək ki, bu gün Mətbuat Şurasında "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfrans keçirilib. Konfransda PA rəsmisi Əli Həsənov başda olmaqla Azərbaycan hakimiyyətinin bir sıra mühüm şəxsləri iştirak edib.

Tarix
2014.03.07 / 19:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla