Ana səhifə Toplum |
17:14
Bu gün günorta saatlarında Tovuz rayonunda Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında bir erməni gənci saxlanılıb.
Onu ilkin olaraq ətrafda yaşayan sakinlər görüb. Sonra həmin erməni gənci Tovuz rayon Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil veriblər.
Faktı Tovuz rayon MTN rəisi Azad Qurbanov da TTV-yə təsdiqləyib. Onun sözlərinə görə, erməni olan bu gənc nə azərbaycan, nə də rus dillərini bilir.
Hazırda həmin şəxs Bakıya Milli Təhlükəsizlik Nazirliyinə aparılır ("Turkeltv.az").
17:37
"Axar.az" APA-ya istinadən xəbər verir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun verdiyi məlumata görə, Ermənistan vətəndaşı olan 20 -22 yaşlı şəxs saxlanılıb.
Onun kimliyi hələlik bilinmir.
19:19
Azərbaycanın Tovuz rayonunda təmas xəttini keçən 23 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.
Tovuzda saxlanılan erməni gəncin adı bəlli olub. Bu şəxs 1991-cı il təvəllüdlü Xocayan Arsendir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Trend-ə bildirib ki, həmin şəxsin mülki, yoxsa hərbçi olduğu hələ bilinmir. (Turkel TV)
Tarix
2014.03.07 / 19:19
|
Müəllif
Axar.az
|