Yuxarı

Abutalıbovun müavininin əlillərlə münaqişəsi böyüyür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Qarabağda can qoymuşam. Halal zəhmətimlə qızıma torpaq almışam, "kupça" çıxartmışam. Ona görə də heç kim o torpağa girə bilməz. Ora girən adamı güllələyəcəm, özümü də yandıracam".

Bunu ötən gün Bakı Apelyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun əlillərə qarşı çıxardığı qərardan sonra Qarabağ veteranı Müşviq Əhmədli bəyan edib. "Axar.az"a açıqlamasında isə veteran özünün xəbəri olmadan barəsində çıxarılan məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna şikayət edəcəyini deyib.

Rauf Pənahov əlili aldadıb

Qeyd edək ki, söhbət Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun birinci qrup əlil Rüstəm Əliyevi aldadaraq şəxsi mülkiyyətində olan torpağı özəlləşdirməsi və yaranan hüquq pozuntularının məhkəmədə araşdırılmasından gedir. Hər iki ayağini itirən birinci qrup əlil R.Əliyev Mərdəkan bağlar sahəsində ona məxsus 886 b saylı torpağın Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun özəlləşdirdiyini deyib. Onun sözlərinə görə, sonradan Hacıbala Abutalıbovun işə qarışması nəticəsində həmin torpaq sahəsinin əvəzində ona Mərdəkanda sahibsiz qalan 2549 saylı ərazi verilib və çıxarış alaraq sənədləşdirib. Lakin 2013-cü ilin sonunda həmin torpağın əvvəlki sahibi üzə çıxıb və mülkünü geri almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və məhkəmələrə müraciət edib.

Saxta sənədlər üzə çıxdı

R.Əliyev isə sənədləşdirdikdən sonra həmin torpağın bir hissəsini Qarabaq müharibəsi veteranı Müşfiq Əhmədliyə satıb. O, 2012-ci ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsini 31 oktyabr 2012-ci ildə əmlakını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək mülkiyyətə dair çıxarış ("kupça") əldə edib. 2013-cü ilin martında isə M.Əhmədli Xəzər rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə evin tikintisinə başlayıb:

"Ötən il dekabrın 24-də Nəriman adlı şəxs mənə zəng edərək həmin torpağın onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Dedi ki, sahə hələ 1991-ci ildə Vəliyeva Esmira Müslüm qızına verilib. İndi də məhkəmə qaydasında onun mülkiyyəti tanınıb və Dövlət Reyestr xidmətindən alınan digər sənədlər ləğv edilib. Lakin araşdırma nəticəsində məlum oldu ki, torpaq əslində onun bacısına verilib və istifadə etmədiyi üçün geri alınaraq Rüstəm Əliyevə verilib. Lakin onlar sənədləri saxtalaşdıraraq məhkəməyə müraciət ediblər".

Hakim etibarsız sənədlərə əsaslandı

Bakı Apelyasiya Məhkəməsinin son qərarından narazı qalan R.Əliyev "Axar.az"a açıqlamasında hakimin Vidadi Məmmədovun vaxtilə məhkəmə qərarı ilə etibarsız sayılan sənədlər əsasında yanlış nəticə çıxardığını bildirib:

"Dünən Apelyasiya Məhkəməsi bizim zərərimizə qərar çıxarıb, mənim sənədlə əldə etdiyim torpağı başqasına verməyimi tələb edir. Ancaq hakim bir necə il əvvəl məhkəmə qərarı ilə ləğv edilərək etibarsız sayılan sənədləri əsas tutaraq qərar verib. Bunu iclasda da dedim. Lakin əhəmiyyət verən olmadı".

Qeyd edək ki, son məhkəmə iclasında M.Əhmədli də hakimin qərarını ədalətsiz hesab edərək iclas iştirakçılarına kəskin etirazını bildirib.

R.Əliyev mübahisəli torpaq sahəsinin hələ 1991-ci ildə onun atasına verildiyini bildirib:

"1991-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarı ilə 886 b saylı bağ sahəsi atam Əliyev Əli İbrahim oğluna verilib. 2001-ci ildə atam rəhmətə gedib, mən isə səhhətimlə əlaqədar olaraq xəstəxanalarda yatmışam, bir neçə dəfə əməliyyat olunmuşam. Nəhayət, 2006-cı ildə torpağımızı sənədləşdirib özəlləşdirmək üçün Bakı Bağlar İdarəsinə müraciət etdim. Araşdırıb bildirdilər ki, həmin sahəni bizimlə qonşuluqda olan Bakı şəhər İcra hakimiyyəti başçısının müavini Rauf Pənahov özəlləşdirib. Mən də haqqımı almaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim".

Əmlak Komitəsi eyni yerə bir neçə çıxarış verib

Sonradan Rauf Pənahovla razılığa gələrək həmin torpaq sahəsinin əvəzində sahibsiz olduğu deyilən 2549 saylı bağ sahəsi R.Əliyevə verilib. Bu, 2007-ci il fevralın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə təsdiqlənib və atasının adına texniki pasport verilib.

Lakin sonradan həmin sahəyə iddia edən Esmira Vəliyeva 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Mərdəkan massivi 2549 saylı bağ ona ayrılıb. Torpağın özəlləşməsi üçün 2012-ci il aprelin 12-də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edib. Məlum olub ki, həmin bağ sahəsi Nərimanov Rayon Məhkəməsinin 2008-ci il 16 dekabr tarixli qətnaməsi ilə R.Əliyevin adına dövlət reyestrindən keçib. Mübahisələr də elə bundan sonra başlayıb.

Hakimlər cəzalandırılsın!

Məhkəmə qərarlarına etiraz edən əlillər həmin hakimlərin cəzalandırılmasını tələb edirlər:

"Biz məhkəmə qərarlarının çıxarılmasında subyektiv maraqlardan çıxış edən hakimlərin barəsində Məhkəmə Hüquq Şurasına şikayət edəcəyik. Qoy onları Şura özü çəzalandırsın".

Tarix
2014.03.07 / 15:36
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla