Yuxarı

Azərbaycandakı nurçuların gizli səs yazısı yayıldı - Şok video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın yardımından istifadə edən nurçuların öz aralarında söhbətini əks etdirən kadrlar ortaya çıxıb.

"Axar.az"a etibarlı mənbələrdən göndərilən videolardan birində Qafqaz Universitetinin dosenti İsa Qasımovun SOCAR haqqında dedikləri yerləşdirilib.

Videoda SOCAR rəhbərliyindən nurçuların necə istifadə etdiyi haqqında etiraflar səsləndirilib. Qafqaz Universitetinin dosenti SOCAR rəhbərliyi və Milli Məclisdəki dostları olan millət vəkilləri vasitəsiylə miqrasiya işlərində olunan yardımlardan danışır.

İsa Qasımov: "Xatırlamıram, amma ola bilər"

Səs yazısı ilə bağlı "Axar.az"a danışan İsa Qasımov SOCAR-la Çağ Öyrətimin əlaqələrindən danışdı: Çağ Öyrətimin SOCAR-ın yaratdığı Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin tərkibinə birləşdirildiyini hamı bilir. Olan bir şeyi kiminləsə danışa bilərəm, amma bu mənim gündəmimdə olan bir şey deyil. Doğrusu, kiminləsə danışdığımı xatırlamıram, amma ola bilər. Mən o qədər də önəmli biri deyiləm ki, səsimi kimsə yaza, mətbuata çıxara. Bir az qəribə gəldi".

İsa bəy nurçuluqla heç bir əlaqəsi olmadığını bildirdi: "Dediyiniz mövzuyla kəsinliklə heç bir əlaqəm yoxdur. Bu haqda çox məlumatım da yoxdur. Amma bildiyiniz kimi, Qafqaz Universitetində işləyirəm. Və Qafqaz Universiteti Çağ Öyrətim Şirkətinin bir müəssisəsi olaraq SOCAR-la ortaq bir layihəni həyata keçirir - Azərbaycanda faydalı kadr hazırlığını təmin etmək üçün. Bunu siz də bilirsiz, mən də bilirəm, bütün dünya da bilir. Amma dediyiniz mövzular konkret deyil mənim üçün, o yazı da nə yazıdır, xəbərim yoxdur, qəbul də eləmirəm".

İsa bəyə nurçu olub-olmadığı haqqında verdiyimiz suala belə cavab verdi: "Mən nurçu filan nədir bilmirəm. Mənim sahəm ideologiya deyil, mən iqtisadiyyatla məşğulam. Nurçuluq bir ideologiyadı həyatda - sizin dediyinizə görə, - mən ideoloq olmadığım üçün o sahəni araşdırmamışam. Siz mənə kömək eləyib bu haqda məlumat versəz, mən də sizin dedikləriniz əsasında nurçu olub-olmadığımı deyərəm".

Tarix
2014.03.07 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla