Yuxarı

"Komitə sədrinin Gülənlə şəkli məndədir"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz jurnalistlərik, siyasətçilər deyilik. Ona görə hesab edirəm ki, söhbətimiz səmimi olmalıdır. Cənab Əli Həsənovun çıxışında doğru olaraq qeyd etdi ki, məlum dini cərəyan bir ölkədə dövlətə, hökumətə nə qədər problemlər yaradır. Mən Türkiyədə olan zaman Baş nazirinin köməkçiləri ilə görüşdə də dedim ki, Türkiyəni böyük fəlakət gözləyir".

"Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfransda "Haqqın.az" saytının Baş redaktoru Eynulla Fətullayev deyib. O bildirib ki, bir zamanlar ona Milli Məclisin komitə rəhbərlərindən birinin Fətullah Gülənlə fotosunu veriblər:

"2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu mənə gətirdi. O zaman real təhlükə olmadığı üçün onu yayımlamadım. Ancaq indi potensial təhlükə var. Vəhabilik qədər nurçuluq da bizə yaddır. Elə Türkiyənin özünə də yaddır. Mətbuatda gedən bu yazıları təqdir edirəm. Demokratik çərçivədə mübarizə getməlidir. Ancaq dövlətin əsaslarını sarsıdacaq heç bir şeyə icazə vermək olmaz. Dövlətin rəhbərliyi tərəfindən təhlil olunmalı və müvafiq qərarlar verilməlidir".

Nurçuluqdan danışan redaktor SAM-ın işçisinin dövlət əleyhinə olan fəaliyyətindən və jurnalistləri təhqir etməsindən danışdı:

"Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin bir işçisi var. Adı Heydər Mirzədir. Nurçuluqla bağlı yazılanlara görə dünən Feysbukda jurnalistlərin ünvanına belə bir ifadə işlətdi: "Cındır jurnalistlər". Nə deməkdir bu? Dövlətin strateji maraqlarını qorumalı olan bir insanın yazdıqlarına fikir verirsinizmi?"

Tarix
2014.03.07 / 13:24
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla