Yuxarı

“Qanun” nəşriyyatı yazarları bir yerə toplayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vergilər Nazirliyinin 20 nəfərdən ibarət bir dəstə əməkdaşı "Qanun" nəşriyyatının ofisinə gələrək nəşriyyatın kompüterlərini, mühasibatlıqda olan bütün sənədləri zorla götürüb aparıblar".

Bu sözlər "Qanun" nəşriyyatından "Axar.az"ın poçtuna daxil olan press-relizdə yer alır. Mətbuat açıqlamasında daha sonra deyilir:

"Zorla götürülmüş sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Audit İdarəsi yoxlama apararaq nəşriyyata 150 min manat məbləğində cərimə müəyyən edən qərar çıxarıb. "Qanun" nəşriyyatı bu qərardan şikayət etsə də, buna məhəl qoyulmadan dərhal cinayət işi başlanıb, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalıb".

Press-relizin sonunda bildirilir ki, bu məsələni müzakirə edib müvafiq müraciətlər qəbul etmək üçün bu gün saat 14:00-da Azərbaycan Yazıçılar Birliyində toplantı olacaq.

150 min cəriməyə etiraz edən hər kəs - yazıçı, tərcüməçi, redaktor, korrektor, o cümlədən oxucular toplantıda iştirak edəcək.

Tarix
2014.03.07 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla