Yuxarı

“Biz missionerlərin qarşısını alacağıq” - Yenilənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:19

Bu gün saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası "Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media" mövzusunda konfrans keçirəcək.

Bu barədə Mətbuat Şurasından "Axar.az" a məlumat verilib. Məlumatda bildirilir ki, tədbirə bütün KİV dəvətlidir.

Qeyd edək ki, son günlər Fətullah Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlı mediada və parlamentdə ciddi müzakirələr gedir.

12:24

Mətbuat Şurasının "Dini etiqad Azadlığı, Missionerlik fəaliyyəti və media" mövzusunda BMM-də təşkil etdiyi konfrans artıq öz işinə başlayıb.

Konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib və tədbirin zəruriliyindən danışıb. Konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbacan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və başqa rəsmi şəxslər iştirak edirlər.

12:42

"İstər QHT olsun, istər media qurumu. Biz çalışmalıyıq ki, dövlətin təhlükəsizliyinə heç bir təhlükə gəlməsin; biz çalışmalıyıq ki, dövlət maraqlarını hər zaman gözləyək".

"Axar.az" xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfransda çıxış edən Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib.

Çıxışına 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə xanımları təbriklə başlayan Ə.Həsənov dini icmaların missionerlik fəaliyyəti ilə bağlı məsələlərin dövlətin nəzarətində olduğunu bildirib:

"İnsanların etiqad, din və s. azadlığı Konstitusiyanın müddəaları ilə tənzimlənir. İnsanlar etiqad edə də bilər, etməyə də bilər. Dini etiqad ətrafında kimlərsə birləşə də bilər, birləşməyə də bilər. Missionerlik fəaliyyətindən bu gün mediamızda çox bəhs edilir. Dövlət olaraq biz belə cərəyanları qanuna dəvət etməliyik. Onların fəaliyyəti dövlətin nəzarətindədir".

Missionerlik fəaliyyətindən danışan şöbə müdiri bu kimi halların dövlət üçün təhlükəsini qeyd edib: "Azərbaycan dövləti tolerant dövlətdir. Bütün icmalara vəsait ayrılır. Senaqoq, məscid, kilsələrin arasında fərq qoymadan hər birinə yardım edilir. Bəs, missionerlik fəaliyyəti ilə məşğul olanlar kimlərdir? Missionerlik fəaliyyətinin dövlətin içərisinə girdiyi ölkələrə fikir verin. Onlar dövləti öz maraqlarına və istəklərinə uyğunlaşdırmaq istəyirlər.

Missionerlik fəaliyyətindən söz gedirsə, həmin adamların fəaliyyəti digər vətəndaşların və icmaların hüquqlarını pozursa, biz bunun qarşısını qanunla alacağıq".

Tarix
2014.03.07 / 12:42
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla