Ana səhifə Planet |
156 ölkədə məktəblərə "himmət" (yardım – red.) adı altında xərac toplayan fətullahçılar həmin ölkədə biznes quran türkiyəli iş adamlarından zorla pul toplayırlar. Yardımdan imtina edən biznesmenləri isə şantaj edərək, işlərinə ciddi zərər vururlar. Bu yolla hərəkat üç ildə 750 milyon dollar xərac yığıb. Fətullah Gülənin özünün ABŞ-dakı illik xərci isə 3 milyon dollardır.
"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gülənçilər biznes təşkilatları və şəhər axundları vasitəsi ilə xaricdə biznes qurmaq üçün onlara müraciət edən biznesmenlərdən ömürlük xərac alırlar.
Vasitəçilik rüsumu
Fətullahçılar olduqları ölkələrdə sadəcə təhsil xidməti ilə kifayətlənmir, inşaat, enerji, PR, istehsal, vasitəçilik, turizm və media işləri ilə fə məşğul olurlar. Hərəkat xaricdə kapital qoymaq istəyən biznesmenlərin Afrika, Orta Asiya, Yaxın Şərq və Cənubi Amerikaya getməsinə yardım edir. Ancaq bunu ödənişsiz etmir. Yardım adı altında rüsum alan gülənçilər biznesmenlərdən 2011-ci ildə 223 milyon, 2012-ci ildə 247 milyon, 2013-cü ildə isə 281 milyon dollar pul yığıblar.
Gülənçilərin Azərbaycandakı biznesmenlərdən 19 milyon 121 min dollar aldığı da bildirilib.
Tarix
2014.03.07 / 11:05
|
Müəllif
Vüsal Tağı
|