Yuxarı

ABŞ Putini sanksiya siyahısına daxil etmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vaşinqtonun qəbul etdiyi sanksiya siyahısına daxil edilməyib.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ABŞ administrasiyasının nümayəndəsi bildirib.
"Dövlət başçısına qarşı sanksiyalar qeyri adi və fövqəladə şəraitdə tətbiq olunur. Biz tədbirləri bu addımdan başlamaq niyyətində deyilik", - deyə o bildirib.
Bu arada Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyəti vəziyyəti daha da gərginləşdirir. "RİA Novosti"nin verdiyi xəbərə görə, Sergey Lavrov açıqlamasında qeyd edib ki, Rusiya vətəndaşlarına qarşı hələlik heç bir siyahı yoxdur.
"Vəziyyətin gərginləşdirilməsi prosesi davam etdirilir, Rusiya vətəndaşlarının daxil edildiyi qapalı siyahıların hazırlandığı, onların ABŞ-a girişinə qadağa qoyulacağı bildirilir. Kerri məni inandırdı ki, heç bir siyahı hələlik yoxdur, sadəcə, göstərişlər var, lakin bu məsələnin mahiyyətini heç də dəyişmir",- deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri ABŞ-ın bu niyyətinin Rusiyaya qarşı təhdid olduğunu bildirib: "İstənilən halda bu təhdiddir, həmçinin "səkkizliyin", Rusiya-NATO Şurasının fəaliyyətini dondurmaq barədə qərarlar da təhdiddir".
Tarix
2014.03.06 / 21:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla