Yuxarı

Qazinin xəstəxanadakı satılan yeri özünə qaytarıldı - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

I qrup Qarabağ əlilinə 5 saylı xəstəxanada yer verilmir. Ona görə də qazi Dadaş Quliyev xəstəxana qarşısında aksiya keçirməyə qərar verib.

"Axar.az" bu məlumatı aldıqdan sonra əməkdaşımız 5 saylı xəstəxananın qarşısına yollandı.

Müalicə almaq üçün intihar?

Bizi görən kimi qazinin dərdi açıldı. Bildirdi ki, bir müddət öncə 5 nömrəli xəstəxanaya müraciət edib:

"Kardioloji İnstitutda müalicə alırdım. Sinir ağrılarım artdığı üçün 5 saylı xəstəxananın Nevrologiya şöbəsində müalicə almağım məsləhət görüldü. Bazar günü 5 nömrəli xəstəxanaya müraciət etdim, amma mənə dedilər ki, 4-cü gün yaxınlaşarsan. Əsas səbəb kimi isə yerlərin dolu olmasını göstərdilər. Mən də razılaşdım. Mənim hətta oradakı palatada yerləşməyim haqqında kağız da vermişdilər".

Bu gün yaxınlaşanda isə qaziyə yerin olmadığını bildiriblər:

"Yer var, sadəcə, o yeri satıblar. Bunlar üçün həkim ləyaqəti yoxdur, pul və qazanc var".

Qazi Dadaş Quliyev haqsızlığa etiraz olaraq xəstəxananın qarşısında aclıq aksiyasına başlayacağını, hətta intihar edəcəyini bildirdi.

Şöbə müdiri yoxa çıxdı

Nevrologiya şöbəsinin müdiri Rəna Hümbətova ilə görüş istəyimiz baş tutmadı. Mediadan olduğumuzu bilən şöbə müdiri bir anın içində yoxa çıxdı.

Baş həkim isə qazi ilə bərabər, bizi də qəbul etdi.

Qazinin haqqı bərpa olundu

Baş həkim Ziya Əsədov hadisədən məlumatsız olduğunu və məsələni dərhal araşdıracağını bildirdi. Qısa araşdırmadam sonra isə 4 saylı xəstəxananın təmirə bağlanması səbəbindən yer sıxlığının yarandığını və qazinin yerinin iddia etdiyi kimi satılmadığını söyləməklə bərabər, Qarabağ əlilinin yerləşdirilməsinə də göstəriş verdi.

Bir saatdan sonra qazi xəstəxana palatasına yerləşdirildi və baş həkimin tapşırığı ilə dərhal müayinə və müalicəsinə başlanıldı.

Ziya Əsədov qazini incidənlərin və ona əsəb gərginliyi yaşadanların cəzalandırılacağını da bildirdi.

Xatırladaq ki, baş həkim Ziya Əsədov xalq şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.

Tarix
2014.03.06 / 18:57
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla