Yuxarı

Krımda Ukrayna bayraqlarını endirdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımın qeyri-qanuni Baş naziri Sergey Aksyonov Krımda bütün Ukrayna bayraqlarını endirilərək rus bayraqlarının qaldırılmasına əmr verib.

Bu sözləri "Axar.az"a Krımda Universitet müəllimi işləyən, əslən tatar olan Gözəl İsmayılova deyib.

O bildirib ki, mərkəzi hökumət tərəfindən tanınmayan Krım parlamentinin Rusiyaya birləşmək haqqında qərar qəbul etdiyini eşidəndə şoka düşüblər: "Universitetə indi gəldim, müəllimlər Krımın rəsmi olaraq Rusiyaya birləşdiyini deyirlər. Hamımız şokdayıq, bu iş qeyri-qanuni edilib".

Gözəl xanım bir müddət əvvəl işğal olunduğu haqqında xəbər yayılan parlamentdə belə qərarın necə verildiyinə təəccübləndiyini dedi: "Ağlasığmazdı, deyilmi? Kimlərsə işğal edib parlamenti, bunlar da həmin parlamentdə qəhvə içər kimi, asanlıqla girib qərarlar verirlər".

Gözəl İsmayılova Krımın aydınları ilə də bu vəziyyəti müzakirə etdiklərini bildirdi: "Krım tatar xalqı tək heç nə edə bilməz. İndi Rusiya Amerika ilə, Avropa ilə vuruşur, əslində. Bu münaqişəni dayandırsa, Amerika dayandıra bilər. Bu məsələni Krım aydınları ilə müzakirə edirik. Onlar da heç nə deyə bilmirlər. Nə edəcəklərini bilmirlər. Bir az sonra Krımın tatar xalqı qurultay keçirəcək. Orda bir qərar veriləcək".

Tarix
2014.03.06 / 18:21
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla