Yuxarı

İcra başçısı Lökbatandakı zəhərlənmədən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süleyman Mikayılov: "Vəziyyət nəzarətdədir və qəsəbədəki binalara qaz verilməsi bərpa edilib"

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov Lökbatandakı qazdan zəhərlənmə ilə bağlı Musavat.com-a danışıb. Son durum barədə açıqlama verən başçı qeyd edib ki, hadisədən zərərçəkənlərdən hamısı artıq evə buraxılıb: "Gecə saat 1-ə kimi hadisə yerində olmuşam. Vəziyyət normaldır. Bu gün də 11-12 arası binalara qaz verilməsinə başlanıb. Yüz əlli nəfərə yaxın "Azəriqaz"ın işçisi gəlmişdi, bir-bir evləri yoxlayıb qazıın verilişini bərpa etdilər".

O, məsuliyyətsizliyi edən qurumla bağlı heç bir açıqlama vermək istəməyib: ""Azəriqaz" Dövlət Neft Şirkətinin qurumudur. Ancaq deyə bilmərəm ki, məsuliyyət bu məsələdə onundur, ya yox. Deyə bilmərəm baş verənlər kimin məsuliyyətidir. Bunun araşdırılması lazımdır". İcra başçısı qeyd edib ki, hadisə zamanı ölən qadın əslində zəhərlənmədən həyatını itirməyib: "O, xəstə idi, yaxınları da bunu deyirlər, ölümü o vaxta düşüb. Araşdırmalar göstərir ki, onun ürəyində problem var idi. İndi qəsəbədə vəziyyət nəzarətdədir və insanların həyatına heç bir təhlükə yoxdur".

İcra başçısı qeyd edib ki, rayonun qaz idarəsinin rəhbəri ilə də danışıb, vəziyyəti müzakirə edib: "Müvafiq tapşırıqlar verilib. Mənə aid olanları etmişəm, "Azəriqaz"la bağlı olan işləri də yəqin özləri edirlər. Artıq cəstəxanaya aparılan qəsəbə sakinləri hamısı evə buraxılıb" ("Musavat.com").

Tarix
2014.03.06 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla